Yuxarı

Bakıya qadağa ləğv olunur: Parisdən sonra Berlin… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə görə 90-cı illərdə Azərbaycana tətbiq etdiyi silah embarqosu bu gün də qalmaqdadır. Ancaq Bakıda keçirilən “ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisi və bir çox ölkələrinin şirkətlərinin orada təmsil olunması son vaxtlar həmin dövlətlər tərəfindən sözügedən embarqonun ləğvi ehtimalını gündəmə gətirib. Belə ki, ilkin olaraq Azərbaycan Fransa ilə hərbi sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır.

Fransa-Azərbaycan hərbi əməkdaşlığının perspektivləri nə vəd edir və bu ölkədən sonra daha hansı Qərb ölkəsi Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirə bilər?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Axar.az-a açıqlamasında Fransadan silah alışının strateji baxımdan çox əhəmiyyətli bir iş olduğunu bildirib:

“Azərbaycan bütün kontekstlərdə dünya nizamına önəm verir, heç bir dövlətə təhdid törətmir və dünya birliyi səviyyəsində özünü tam doğruldub. Dünyada silah alış-verişi beynəlxalq konvensiyalarla tənzimlənir. Dünya birliyi, BMT, bütün Avropa təsisatları, NATO və digər təşkilatlar dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini üstün və dəyişməz sayırlar. Əgər Azərbaycan bu gün öz hərbi potensialını artırırsa, demək, xaricdən ölkəmizə qarşı hansısa təhdid var”.

Politoloq bildirib ki, Fransa son zamanlar Azərbaycanın önəmini layiqincə qiymətləndirməyə başlayıb:

“Fransa bu bölgədə həm mövqelərini möhkəmləndirmək, həm də Azərbaycan kimi məhsuldar tərəfdaşla münasibətlərini ardıcıl inkişaf etdirmək istəyir”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə son zamanlar Qərb dünyasında Azərbaycanla bağlı baxışlarda kəskin dəyişikliklərin yaranmağa başladığını deyib:

“Fransa Azərbaycana silah satışı üzərindəki embarqonu aradan götürməyə hazırlaşır. Fransadan əlavə, Almaniyanın mövqeyində də xeyli yumşalma var. Almaniya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı parlamentdə qərar çıxarıb. Bu, Azərbaycanın xarici siyasətində böyük uğur adlandırıla bilər. Almaniya ilə ticarət əlaqələrimizin kifayət qədər geniş olduğunu nəzərə alsaq, bu ölkənin Azərbaycana silah satışı ilə bağlı embarqonu aradan götürəcəyini əminliklə söyləyə bilərik. Ancaq bunun üçün əlavə danışıqlara ehtiyac olacaq”.

Politoloq Azərbaycanın Almaniyanın ağır texnikası ilə maraqlandığını qeyd edib:

“Azərbaycan bu istiqamətdə addımlar ata, rəsmi Berlin isə Bakının bu marağını isti qarşılaya bilər. Hazırda Avropa Birliyi ölkələri içərisində silahqayırma sahəsində ən yüksək texnologiyaya malik olan ölkələr Almaniya və Fransadır. Paris bu məsələdə artıq Bakı ilə uzlaşır. İndi növbə Almaniyanındır”.

Tarix
2018.10.12 / 12:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla