Yuxarı

ABŞ Avropanı Rusiyanın təsirindən çıxara biləcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Avropaya hər il təqribən 80-90 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Bunu Axar.az-a ABŞ-ın Avropa ilə bağlı yeni qanun layihəsi haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Avropanın qaz istehlakı ildə təqribən 500 milyard kubmetrdir:

“Avropanın qaza olan tələbatının təxminən üçdə birini - 140-145 milyard kubmetrini Rusiya verir. Rusiyanın Avropa qaz bazarında kifayət qədər hegemonluğu var. Bu da bəzi Avropa ölkələrinin Rusiyadan enerji asılılığını artırıb. Elə Avropa ölkələri var ki, onların enerji bazarında rus qazı 90 faizdən yuxarı paya malikdir. Bu da təbii ki, Rusiyanın Avropa məkanında təsir imkanlarını artırır. ABŞ-ın istədiyi isə bu təsir imkanlarını, obrazlı desək, Rusiyanın “enerji dəyənəyi” vasitəsi ilə Avropa Birliyi ölkələrini qorxutmasının qarşısını almaqdır. ABŞ-ın Avropada energetika sahəsinə ayıracağı vəsaitin əsas hissəsi yeni infrastrukturun qurulmasını nəzərdə tutur. Çünki ABŞ son illər Rusiyanı qaz istehsalında keçib və bu gün təqribən 700 milyard kubmetrə yaxın qaz istehsal etmək gücünə malikdir. Qaz potensialı və yataqları kifayət qədər çox olan ABŞ Avropaya hər il təqribən 80-90 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır”.

Ekspertin sözlərinə görə, ABŞ Avropaya yalnız sıxılmış qaz ixrac edə bilər:

“Çünki məsafə və okeanlar boru çəkilməsini mümkünsüz edir. ABŞ-ın Avropa Birliyi ölkələrinə sıxılmış qaz satması bahalı və yeni infrastruktur tələb edir. Yəni sıxılmış qazı qəbul edən limanlara və bir sıra infrastruktur layihələrinə ehtiyac var. Bu layihələr isə Avropa Birliyi ölkələrindən əsasən İspaniya, Portuqaliya, Fransa, İtaliya, hətta Almaniya ərazisini əhatə edəcək. Almaniya isə bunu öz maliyyə mənbələri vasitəsilə həyata keçirməyə çalışır. Təbii ki, qanun layihəsi qəbul olunsa və AB ölkələri də layihəyə razılıq versə, çox qısa zamanda Avropa qitəsində yeni sıxılmış qazı qəbul edəcək liman və infrastrukturlar qurulacaq. Beləliklə, ABŞ Avropa ölkələrinin Rusiyadan enerji asılılığını azalda biləcək. Ancaq bu proses qısa zamanda reallaşa bilməz. Çünki Rusiyanın Avropa məkanında hegemonluğu bir müddət davam edəcək. Buna baxmayaraq ABŞ orta və uzunmüddətli dövrdə israrlı olarsa, Rusiya tədricən Avropa qaz bazarında öz dominantlığını itirə bilər”.

Qeyd edək ki ABŞ senatorları Ron Conson və Kris Mörfi Rusiyanın Avropa üzərində nəzarətinin məhvi üçün yeni qanun layihəsi təklif ediblər.

Təklifə əsasən, Avropada energetika sahəsindəki layihələrin maliyyələşdirilməsi üçün Avropa ölkələrinə 1 milyard dollar ayrılmalıdır.

Tarix
2018.10.13 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla