Yuxarı

“Strategiya-2020” baş tutmasa, Ukraynanı fəlakət gözləyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Strategiya-2020” baş tutmasa, Ukraynanı fəlakət gözləyir

"Real vəziyyətin şahidi olduqdan sonra Ukraynadakı durumun heç də ürəkaçan olmadığı qənaətinə gəlmək çətin deyil".

Bu sözləri Axar.az-a Ukrayna səfərindən yenicə qayıtmış "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Kiyevdəki vəziyyəti şərh edərkən deyib.

Kiyevdəki son durumla daha yaxından tanış olan politoloq real vəziyyəti belə şərh etdi:

"Ukraynada vəziyyət həqiqətən ağır olaraq qalır. Hazırda ölkə 26 oktyabrda baş tutacaq parlament seçkilərini keçirməyə hazırlaşır. Müxtəlif qüvvələr arasında mübarizə gedir. Böyük ehtimalla Poroşekonun bloku seçkilərdə qələbə çalacaq. Ancaq parlament seçkiləri o demək deyil ki, bu, Ukraynadakı problemləri aradan qaldıracaq. Çünki Kiyevdə hələ də həllini gözləyən müxtəlif problemlər var. İşğal faktı, büdcə boşluğu, ölkənin kredit ala bilməməsi, qaz və başqa istiqamətlərdəki problemlər dəhşətli qışdan xəbər verir. Poroşenko çox qətiyyətli siyasət yürütməyə çalışır. Prezidentin elan etdiyi yeni "strategiya- 2020" adlanan planında 60-a yaxın islahatla bağlı paket var. Burada korrupsiya ilə bağlı mübarizə, kredit, enerji aksionunun azadılması kimi məsələlər əsas tutulub. Əlbəttə ki, çətin olacaq, çünki müharibə davam edir. Hələ ki Rusiya separatçılara dəstəyini əsirgəmir. Əgər Poroşenko problemləri addım-addım həll edə bilməsə, Ukraynada vəziyyət yenidən gərginləşə, Prezidenti də eynilə Yuşenkonun taleyi gözləyə bilər. Bildiyimiz kimi, Yuşenkonu da xalq hakimiyyətə gətirdi və sonradan seçkilərdə çox acı məğlubiyyətlə üzləşərək dörd faiz reytinqlə hakimiyyətdən getməli oldu. Buna görə də Poroşenko elan etdiyi islahatları yerinə yetirə bilməsə, siyasi vəziyyət əvvəlkindən ağır olacaq. Bu da Ukraynada aranın yenidən qarışmasına gətirib çıxara bilər".

Tarix
2014.10.10 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla