Yuxarı

Soçi sazişindəki “vaxt” bitdi: Rusiya hansı addımı atacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Türkiyə arasında İdlibə dair Soçi razılaşmasının müddəti bitsə də, Moskvanın Ankaraya yeni referanslar edəcəyi gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirib ki, Türkiyə Qərbin təzyiqlərinə rəğmən İdlibin tərk-silahı ilə bağlı müəyyən prosesləri davam etdirəcək:

“Ankara və Moskva Suriyada öz maraqlarını uzlaşdırmağa müvəffəq oldular. Yəni tərəflər Suriyada işlək bir format yarada bildilər. Ümumiyyətlə, Türkiyə və Rusiyanın İdlibdə iş birliyi problemin çözülməsinə təkan verdi. Ancaq Rusiya ilə Türkiyə arasında İdlibə dair Soçi razılaşmasının müddəti oktyabrın 15-də bitib. Türkiyə-Rusiya birliyinin əleyhinə gedən qüvvələr bu durumdan yararlanmağa çalışacaqlar. Hətta Qərb bu istiqamətdə təzyiqlərini daha da artıracaq. Çünki İdlibə nəzarət faktiki olaraq Suriyanın şimalı və mərkəzi üzərində söz sahibi olmaq deməkdir. Hesab edirəm ki, belə bir şəraitdə Rusiya strateji tərəfdaşı Türkiyədən növbəti dəstəyini əsirgəməyəcək”.

Analitik bu mənada Moskvanın Ankaraya yeni referanslar edəcəyini düşünür:

“Müttəfiqlər İdlib və digər istiqamətlərdə öz maraqlarını uzlaşdıraraq yenidən müəyyən razılaşmalara imza ata bilərlər. Hətta Ərdoğan 3-cü mərhələnin başlayacağını açıq şəkildə bəyan etdi. Bu o deməkdir ki, Türkiyə Suriya və İraqın şimalında mövqelərinin gücləndirilməsi və milli maraqlarının qorunması istiqamətində önəmli addımlar atacaq. İdlib probleminin həlli Suriya məsələsində müəyyən dəqiqləşmələrin aparılmasına töhfə verə bilər”.

Qeyd edək ki, Türkiyə və Rusiya arasında Soçidə əldə edilən razılaşmaya görə, İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi oktyabrın 15-də başa çatmalı idi.

Tarix
2018.10.18 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla