Yuxarı

Həmin gün tələbələri dərsdən çıxardıq... – Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqillik Aktı qəbul olunanda BDU-nun Hüquq fakültəsində bu sənədin ekspertizasını keçirmişdik. İnanmazdıq ki, belə tezliklə müstəqilliyə qovuşa bilərik. Bu, həyatımızda böyük bir dəyişiklik idi.

Bu sözləri millət vəkili Fazil Mustafa 1991-ci ilin 18 oktyabrında Müstəqillik Aktının qəbul olunması ilə bağlı xatirələrini Axar.az-a danışarkən deyib. O bildirib ki, həmin dövrdə universitetlərdə tələbə hərəkatı çox güclü idi:

“Tələbələri dərsdən çıxarıb, birbaşa Ali Sovetin qarşısına gətirdik. Dərsləri pozduğumuza görə bizə mane olmaq istəyirdilər. Bildirdik ki, müstəqilliyə görə dərsi pozmaq olar.

Hesab edirəm ki, müstəqilliyə şahid olmaq həyatımızın ən gözəl günlərindən biri idi. Müstəqillik Aktının hazırlanmasında iştirak etmək bizim üçün doğrudan da böyük şans idi. Müstəqilliyimizə maneçilik törətmək istəyənlər olsa da, Ali Sovetin çoxluğunun qərarı ilə akt qəbul olundu”.

Tarix
2018.10.18 / 16:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla