Yuxarı

Gəncədən Nizamiyə gələn yeni icra başçısı kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədən Nizamiyə gələn yeni icra başçısı kimdir?

Bu gün Prezident İlham Əliyev Gəncə şəhəri Nizami rayonuna yeni icra başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən, Nizami rayonunun ali postu Nizami Sabir oğlu Hacıyevə həvalə edilib.

Trend-in məlumatına görə, Nizami Hacıyev 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhər 20 nömrəli dəmiryol orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.

O, 1978-ci ildə Gəncə şəhəri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləyib.

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını alıb, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirib.

N.Hacıyev 1984-1987-ci illərdə əmək fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirib, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim vəzifələrində çalışıb.

1989-cu ildə aspiranturaya qəbul olub, 1992-ci ildə aspiranturanı bitirib. Həmin vaxtdan botanika kafedrasında laborant işləyib.

1993-cü ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatında inspektor, həddi-bulluğa çatmayanların işləri üzrə təlimatçı vəzifələrində çalışıb, 1994-cü ilin aprel ayında Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi, 1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.

1999-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən 16 mart 2012-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində çalışıb.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301 №-li sərəncamı ilə "Dövlət qulluğunda fərqlənmyə görə" medalı ilə təltif edilib.

Bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

Tarix
2014.10.13 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla