Yuxarı

Şəhid varislərinə 58 milyon ödəyəcəyik, sonra... - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyevin 2018-ci ildə prezident seçiləndən sonra imzaladığı ilk fərman məhz şəhid ailələri ilə bağlı oldu.

Axar.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda Prezidentin bu fərmanı uğurla icra olunur:

“Prezident İlham Əliyev bu il büdcədən bu işin icrası üçün 58 milyon, gələn il 50 milyon manat vəsaitin ayrılması ilə bağlı göstəriş verib. 9500-dən artıq şəhidlərimizin varisinə bu vəsait təqdim olunacaq. Bu işlər şəhid ailələirimizin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. 224 şəhidin 300-dək varisinə qərarın tətbiqinə başlanılıb. Növbəti həftə ərzində 300-dən artıq şəhidin varisinə birdəfəlik sığorta haqqının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə hədəfimiz cari ilin sonuna qədər 1000 şəhid ailəsinə birdəfəlik ödənişlərin edilməsidir”.

Nazir qeyd edib ki, bu gün nazirlik tərəfindən 800 müraciət araşdırılır. Bundan əlavə paralel olaraq, haqqında məhkəmə təsdiqi olan şəhidlərimizin varislərinə ödənişlər davam edir:

“Proses davam etdikcə işlər daha da sürətlənəcək. Bir neçə hal da var. Bəzən bir şəhidin bir neçə varisi olur. Ona görə bütün müraciətlər ciddi araşdırılır. 2019-cu ilin sonuna qədər bütün müraciətlər araşdırılacaq”.

Tarix
2018.11.17 / 16:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Birbaşa sülh danışıqları Cənubi Qafqazda... - Bayramov

4 kəndin geri qaytarılması regionda... - Yıldız

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla