Yuxarı

ABŞ-ın neft qiymətinə təzyiqi: ilin sonuna qədər... – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin qiymətlərində enmə və qalxmalar hələ bir müddət də davam edəcək.

Bu sözləri Axar.az-a neft qiymətlərinin ilin sonuna qədər necə dəyişəcəyi ilə bağlı suala cavabında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“İlin sonuna qədər neftin qiymətini proqnozlaşdırmaq çətindir. Hər halda dekabrın 6-na qədər neft qiymətlərində volatilik, yəni dəyişikliklər normal qəbul edilməlidir. Çünki bazarda qeyri-müəyyənlik davam edir. Məsələn, OPEK-in neft hasilatını 1,6 milyon barrelədək azaldacağı ilə bağlı informasiyalardan sonra neftin qiymətlərində artımlar baş verdi. Paralel olaraq ABŞ-ın Enerji İnformasiya Administrasiyası ölkədə neft ehtiyatlarının kəskin artdığını açıqladıqdan sonra isə qiymətlər yenidən 58 dollara düşdü. Hələ ki, bazarda stabillik yoxdur, buna görə də neftin qiymətlərində enmə və qalxmalar baş verir”, - ekspert bildirib.

Qeyd edək ki, uzun müddətdir ucuzlaşan neftin qiymətində ötən gündən cüzi artım qeydə alınıb.

Tarix
2018.12.01 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla