Yuxarı

Brayza Azərbaycan haqda nələr dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın son iyirmi ili əhatə edən enerji siyasəti böyük strateji uğurdur. Bu siyasət ölkənin müstəqil dövlət kimi təhlükəsizliyini təmin edib.

Azərbaycanın karbohidrogen sektorunu Qərb ölkələri, habelə Rusiya və İranın sərmayədarlarına açıq elan etməsi ilə bağlı verilən cəsarətli qərarı möhtəşəm uğurlarla nəticələndi. Bunun sayəsində biz hazırda Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu və Türkiyədə ən iri məbləğli sərmayəçiyə çevrildiyini görürük".

Axar.az-ın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. Brayza AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəyə böyük uğurlar və nüfuz qazandırıb:

"Bir məqamı da qeyd etmək istərdim. BP şirkəti dünyada mənfəət əldə etdiyi ən önəmli mərkəzlərdən danışarkən dörd yeri qeyd edir: Şimal dənizi, Anqola, Azərbaycan və Meksika körfəzi. Görürsünüz, Azərbaycan BP üçün önəmli hesab edilən dörd yerdən biridir. Bu, şərh etdiyim böyük siyasətin bəhrəsidir".

Tarix
2014.10.26 / 01:21
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla