Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


Arif Hacılı siyasətçiyə yaraşmayan sözlər danışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arif Hacılının verdiyi açıqlamalar praqmatik siyasətçiyə qəti yaraşmayan sözlərdir. Dünən çıxışlarda da biz bunun şahidi olduq. Milli Şuranın dünənki toplantısında hər dəqiqə real güc sözünü işlədirdi. O cür çıxışlarla demək istəyir ki, Azərbaycanda yeganə real güc bizik və bizdən başqa, Müsavatdan başqa da real güc yoxdur və hər şeyi də biz həll edə bilərik".

Bu sözləri "Axar.az"a açıqlamasında El hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev dedi. O bildirdi ki, Müsavat partiyası Milli Şuradakı Birliyi pozur:

"Real gücün ölçü meyarı yoxdur. Bu meyar bəzən şəxsiyyət ola bilər, ciddilik ola bilər. Gücün konkret tərəzisi, kriteriyası yoxdur axı. Əgər onlar elə güclü idilərsə, indiyə qədər xalqı niyə inandıra bilməyiblər? Niyə insanları bir araya toplaya bilməyiblər? Bunlar etiraf etmək istəmir ki, bu qədər insanın bir araya gəlməsi məhz Rüstəm İbrahimbəyovun xidmətidir. Müsavatçılar hansısa bir məsələ haqqında fikir bildirəndə düşünmədən hərəkət edirlər. Normalda kimsə hansısa məsələ ilə bağlı fikir bildirəndə düşünür, sonra qərar verir və fikir bildirir. Bunlar isə tərsinə hərəkət edir. Əvvəl məsələ ilə bağlı fikir bildirirlər və sonra həmin fikri əsaslandırmaq üçün arqumentlər axtarmağa çalışırlar. Bu, anormaldır".

Müsavat partiyasından olan funksionerlər haqqında danışan Eldəniz Quliyev həmkarlarının çıxışlarını və məqsədlərini qara otaqda mövcud olmayan qara pişiyi axtarmağa bənzətdi:

"Arif Hacılının Rüstəm İbrahimbəyova qarşı irəli sürdüyü fikirlərin heç birinin əsası yoxdur. Əgər doğurdan da Arif bəy deyən kimi, Rüstəm İbrahimbəyov daha çox Rusiya ilə əlaqədar və oranın vətəndaşlığına bağlı biridirsə, Milli Şura onu niyə fəxri sədr seçmək istəyir? Bilirsiniz, bunlar mümkün və real olmayan şeyləri iddia edərək insanları buna inandırmaq istəyirlər. Arif Hacılının hərəkəti və etdiyi çıxış təxminən qaranlıq otaqda qara pişik axtarmaq kimi bir şeydir. Bu da çox çətin məsələdir. Hələ o qaranlıq otaqda qara pişik yoxdursa, onda iş bir az da çətinləşir".

Tarix
2013.12.04 / 15:10
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şeyxdən azərbaycanlı-çeçen insidentinə münasibət - Video

Zabit azərbaycanlı-çeçen görüşündən danışdı

Bakının raketləri çox güclüdür, 4 Su-30 ilə... - Ambartsumyan

İsrail Bakı ilə hərbi müqavilə imzaladığını elan etdi

Şok: Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı - Video

Prezidentin Sumqayıtda sakinlərlə görüşünün - Videosu

Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu

Tumanyan İranı aldadır, yoxsa ələ salır?

Mənzillərin günəş işığı ilə təminatına dair yenilik...

Binəli Yıldırım istefa verdi, yeni spiker isə...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla