Yuxarı

Güneyli deputatlar kürd valiyə qarşı - Cilovluq qırğını

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyarinin Cilovluq qırğını ilə bağlı ifadələrinə İran parlamentinin azərbaycanlı millət vəkilləri sərt reaksiya veriblər.

Axar.az xəbər verir ki, əslən kürd olan valinin çıxışına ilk mövqeyi Nadir Qazipur öz Teleqram kanalında bildirib.

“Yaxşı olardı ki, müsahibə və çıxışlarınızdan əvvəl “Urmiya dünyanı yandıran müharibədə”, “Azərbaycanın 18 illik tarixi”, “Azərbaycan Birinci Dünya müharibəsində” və “Cilovluq faciəsi” kimi tarixi əsərləri oxuyardınız. O zaman Azərbaycanda ən azı 140 min nəfər şiə və sünninin qətlə yetirildiyini bilərdiniz”, - Qazipur qeyd edib.

Digər millət vəkili Ruhulla Həzrətpur də valiylə bağlı fikirlərini öz Tvitter səhifəsində paylaşıb:

“Şübhəsiz ki, tarixi hadisələr inkişafa mane olmamalıdır. Lakin tarix ibrət aynasıdır. Ola bilsin ki, millətlər tarixi hadisələri bağışlar, amma onu heç vaxt unutmazlar. Yoxsulluq və inkişafdan geri qalmağın əsas səbəbi bölgəyə sərmayə cəlb olunmaması və istehsal məsələsidir, yəni o şüarlar ki, ictimaiyyət həyata keçirilməsini gözləyir”.

Qeyd edək ki, Məhəmməd Mehdi Şəhriyari bundan öncə azərbaycanlılara qarşı törədilən Cilovluq qırğınını tanımadığını bildirib. O, baş verən qırğının unudulması gərəkdiyini deyib və bu qırğın barədə fikirlərin bölgənin inkişafına mane olduğunu söyləyib.

Cilovluq qırğını 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Xoy, Salmas və Urmiya şəhərlərində törədilib. Qırğının əsas təşkilatçıları Britaniya, Fransa və Rusiyanın geniş dəstəyini alan erməni, assuri və müsəlman kürd dəstələri (sonradan aldadıldığını anlayan kürdlər bu koalisiyadan ayrılıblar – red.) olub. Bu ölkələrin sifarişi əsasında azərbaycanlıların şəhərlərinə hücum edən dəstələr 150 minə yaxın azərbaycanlını qətlə yetiriblər.

Tarix
2018.12.08 / 12:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla