Yuxarı

“Rosatom”un Bakıya nüvə təklifi: qəbul edilərsə… - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan artıq atom energetikasının dinc məqsədlərlə istifadəsi çərçivəsində real praktiki addımlar atmalıdır.

Bu sözləri Axar.az-a “Rosatom”un Azərbaycana atom energetikasının dinc məqsədlərlə istifadəsi çərçivəsində əməkdaşlıq təklifinə dair sualları cavablandıran politoloq Eldar Namazov deyib. Politoloq ilk növbədə Azərbaycanda AES-in tikilməsi ilə bağlı təkliflərin mahiyyətinə işıq salıb:

“Birinci təklif AES-i birbaşa, ikincisi isə mərhələli şəkildə tikməkdir. Adətən AES tikməzdən öncə həmin ölkədə tədqiqatlar üçün daha kiçik həcmdə nüvə reaktoru inşa edilir. Bu, ölkədə kadrların hazırlanması, atom nüvəsi ilə bağlı elmi tədqiqatların aparılması və Azərbaycanın alimlərinin təcrübə toplanması üçün vacibdir. Bundan sonra həmin ölkədə AES tikilir. Çox güman ki, “Rosatom”un nümayəndəsinin açıqlaması da məhz bunu nəzərdə tutur. Məsələn, AES 1500-2000 meqavat gücündə, ancaq nüvə reaktoru 20 meqavat gücündə ola bilər. Düzdür, bu böyük enerji istehsal etmək üçün kifayət etmir, ancaq elmi tədqiqatlar və kadr hazırlığı üçün yaxşı imkandır”.

Moskvanın təklifi fonunda Navahı AES-in bərpasının gündəmə gəlməsi ehtimalına gəlincə, politoloq bunun mümkünsüz olduğunu vurğulayıb:

“Navahı AES-in tikintisinə sovet dövründə 80-ci illərdə başlanılmışdı. Ancaq nüvə stansiyasının real tikintisi, oraya avadanlıqların gətirilməsi prosesi yarımçıq qaldı. Çernobıl faciəsindən sonra bu tikinti dayandırıldı. Bir məsələni də diqqətə çatdırım ki, elmi araşdırmalar üçün atom reaktorunun tikilməsi ilə bağlı müzakirələr gedəndə ərazi olaraq Navahı deyil, Xırdalan nəzərdə tutulmuşdu. İndi həmin tikintini bərpa etmək mümkün deyil. Çünki bunun üzərindən az qala 30 ildən çox vaxt keçib və həmin illər ərzində nüvə sənayesi xeyli inkişaf edib, tamamilə yeni, daha müasir və effektli avadanlıqlar yaranıb. Üstəlik, həmin tikinti Çernobıl tipli AES-dir. Ancaq indi Rusiya xarici ölkələrdə daha müasir AES-lər tikir. Ona görə də Navahı AES-in üzərində dayanmaq məqsədəuyğun deyil”.

Politoloq razılıq əldə olunacağı təqdirdə tikinti üçün lazım olan maliyyəyə də toxunub:

“Maliyyə məsələsi müxtəlif yollarla həll olunur. Bu işlə məşğul olan beynəlxalq təşkilat var və əsas razılığı da onlar verir. Təqribən 15 il öncə Azərbaycan həmin beynəlxalq quruma müraciət etmiş və elmi tədqiqatlar üçün nüvə reaktorunun tikilməsinə razılıq əldə etmişdi. Sadəcə olaraq, sonradan həmin qərar həyata keçirilmədi. Adətən bölgəmizdə bu sahədə daha çox Rusiya və Fransa fəallıq göstərir. Rusiya adətən maliyyə məsələlərini öz üzərinə götürür və sonda qoyduğu vəsaiti faizlərlə geri alır. Yəni Rusiyanın təklifi ilk baxışda maliyyə məsələlərini öz üzərinə götürməsi baxımından cəlbedici görünə bilər. Ancaq Rusiya AES-i inşa edəndə və maliyyələşdirəndə adətən tikintinin büdcəsi real qiymətdən 2-3 dəfə çox olur. Belə ki, 4-5 milyardlıq AES-in qiyməti 10-15 milyarda başa gəlir. Fransa isə bütün maliyyə məsələlərini öz üzərinə götürməsə də, reallığa uyğun büdcə təklif edir”.

E.Namazov “Rosatom”un təklifinin Azərbaycan üçün əhəmiyyətindən də bəhs edib:

“Nəzərə almaq lazımdır ki, burada çox ciddi məsələlər var. Bildiyiniz kimi neft və qaz ehtiyatları tükənəndir. Artıq Azəri-Çıraq-Günəşlinin timsalında bunu görürük, orada ildən-ilə neft hasilatı azalır. Bu da təbii bir prosesdir. AÇG kimi neft və “Şahdəniz” kimi yeni qaz yataqları kəşf edə bilməsək, onda hansısa müddətdən sonra enerji balansını qorumaqda çətinliklər yarana bilər. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan artıq bu sahədə real praktiki addımlar atmalı, ciddi elmi kadrlar, mütəxəssislər yetişdirməlidir. Nüvə reaktorunu elmi tədqiqatlar üçün istifadə edib, lazımı kadrları hazırlayandan sonra artıq Azərbaycanda ikinci mərhələyə - AES-in tikintisinə keçmək olar”.

Politoloq onu da əlavə edib ki, AES-in tikilməsi üçün dəstək göstərən təşkilatların öz arqumentləri var: “Nəzərə almaq lazımdır ki, AES tikilən ölkələrdə nüvə proqramları işlənilir. Bunlar sülh xarakteri daşıyan layihələrdir. Ancaq həmin layihələrdən hərbi layihələrə keçid çox asan və qısa müddətdə baş verir. Məsələn, ABŞ vaxtilə ilk AES-i tikdikdə 2 il 7 aydan sonra nüvə bombasından istifadə etdi. SSRİ-də isə bu vaxt 2 il 8 ay çəkdi. Təbii ki, o vaxtdan sonra MAQATE-də çox ciddi monitorinq sistemi işə başladı. Məqsəd həmin ölkədə nüvə silahının istehsalına keçidin qarşısını almaqdır. İranın ətrafında gedən bütün müzakirələr də nüvə proqramının dinc, yoxsa hərbi proqrama keçid xarakteri daşıması ilə bağlıdır”.

Qeyd edək ki, atom sənayesində adının açıqlanmasını istəməyən mənbə TASS agentliyinə “Rosatom”un Azərbaycana atom energetikasının dinc məqsədlərlə istifadəsi çərçivəsində əməkdaşlıqla bağlı təklif göndərdiyini bildirib.

Tarix
2018.12.14 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla