Yuxarı

Əliyevlə görüşdən Sərkisyan hansı reallıqla ayrıldı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə görüşdən Sərkisyan hansı reallıqla ayrıldı?

"Ermənistan öz taleyini düşünməlidir".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü şərh edərkən söyləyib.

O, Rusiyanın Ermənistana təqdim edəcəyi heç bir şeyin qalmadığını bildirib:

"Əgər Paris görüşündə həqiqi irəlləyişlər olsaydı, bu barədə açıq sürətdə bəyanat verilərdi. Bunun deyilməsi daha çox xeyir gətirərdi. İşğal olunmuş torpaqların azad olunması, müharibə vəziyyətinə son qoyulması önəmli məqamlardır. Eyni zamanda, hazırda dünyada vəziyyət dəyişir. Məsələn, əvvəl status-kvo mövcud idi. Rusiya Cənubi Qafqaza nəzarət edirdi. İndi isə vəziyyət dəyişib. Çünki Qərblə Rusiya arasında elan olunmamış müharibə gedir. Müharibə Ukraynada davam edir. Bu isə iqtisadi, siyasi və digər bütün metodlarla aparılır. Belə şəraitdə bağlı qapılar arxasında Rusiya ilə Qərb arasında hazırkı vəziyyətin dəyişəcəyi zaman necə hərəkət ediləcəyi ilə bağlı müzakirələr aparıla bilərdi. İndi Ermənistan öz taleyini düşünməlidir. Çünki Rusiya Ermənistana heç bir şey təqdim etmək iqtidarında deyil. İrəvan artıq yavaş-yavaş müstəqil addım atmağa hazırlaşmalıdır. Bu görüşdə ona xidmət edə bilərdi".

Tarix
2014.10.28 / 22:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla