Yuxarı

ABŞ Suriyada Türkiyə ilə niyə qarşılaşır? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Suriyada Türkiyə ilə niyə qarşılaşır? – Şərh

ABŞ hazırda Astana prosesində əldə edilən uğurları alt-üst etməyə və Suriya ilə bağlı əvvəlki planını həyata keçirməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq ABŞ-ın hər vəchlə Astana və Soçi danışıqlarının nəticələrini qəbul etməkdən boyun qaçırdığını deyib:

“Əslində, Soçi formatı birdəfəlik aktdır, onun davamı yoxdur. Ümumiyyətlə, Rusiya Suriya meydanında vacib bir oyunçu olduğunu bütün tərəflərə sübut edə bilib. Ancaq Astana prosesinin də böyük uğurları olub. Çünki ən azı sülhə hazırlıq planının təşəkkül tapması üçün Suriyada dörd deeskalasiya zonası yaradılıb. Bu zonalardan üçündə - Xümsün şimalında, Suriyanın cənubunda və şərqində hazırda çox etibarlı bir şərait formalaşıb. Yeganə İdlibdə vəziyyət çox gərgindir. ABŞ bu bölgədə Rusiya, Türkiyə və İranın əldə etdiyi bütün uğurları alt-üst etməyə və Suriya ilə bağlı əvvəlki planını həyata keçirməyə çalışır. Bu plan isə Suriyanın parçalanmasından ibarətdir. Təsadüfi deyil ki, həmin planın arxasında Qərb siyasi institutlarının Suriya, İraq, Livan, Səudiyyə, İordaniya və bütün Yaxın Şərq məmləkətləri ilə bağlı süni dövlətlər anlayışının təsdiqlənməsi durur. ABŞ və Avropanın anqlosaks dairələri həmin dövlətlərin yaradılmasını zamanında atılmış səhv addım sayır, indi bu geosiyasi təsərrüfata əl gəzdirərək onların yerində yeni məmləkətlər formalaşdırmağa çalışırlar. Bu qədimdən gələn “parçala və hökmranlıq et” prinsipinin yeni mərhələdəki təsnifidir”.

Politoloq bildirib ki, ABŞ məhz bu səbəblə ultimatumla çıxış edərək Astana prosesinin dayandırılmasını və onun bütün nəticələrinin silinməsini tələb edir:

“Ancaq bunun reallaşması qeyri-mümkündür. Çünki Rusiya, Türkiyə və İranın da bölgədə öz maraqları var. ABŞ Suriyada ona maneçilik törədən dövlətlərin bölgədəki qüvvələrinə qarşı sərbəst tərzdə hərəkət edəcəyini düşünürsə, yanılır. Türkiyə PKK-nın zərərsizləşdirilməsini özünün strateji və milli maraqlarına problem kimi qarşılayır. Bu məsələ ilə bağlı Türkiyə və ABŞ arasında konsensusun olmaması isə bölgədə vəziyyəti getdikcə daha da gərginləşdirir. Digər tərəfdən Rusiya və İran da ABŞ-ın Suriyadakı iştirakını heç cür qəbul etmir. Bu dövlətlər lazım gələrsə, vəziyyətə nüfuz edərək əllərindəki rıçaqlardan mütləq istifadə edəcəklər”.

Tarix
2018.12.19 / 07:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər

Azərbaycan İranla quru sərhədini açır? - Arakçı

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Bayramov Maka Boçorişvili ilə görüşdü

Monteneqro Ombusdmanı azərbaycanlı ilə bağlı hərəkətə keçdi

Milli Məclisin növbəti plenar iclası başladı

Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı şok faktlar

BTQ bu cinayətlərə görə kompensasiya tələb edəcək

Bakıda beynəlxalq konfrans keçirilir

Diplomatların Cəbrayıl və Zəngilana səfəri başladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla