Yuxarı

ABŞ Suriyadan çıxır: Ərdoğan zərbəyə hazırlaşır – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Suriyadan çıxır: Ərdoğan zərbəyə hazırlaşır – İsti şərh

Suriya ABŞ Prezidenti Donald Tramp üçün artıq yük idi. Ona görə də qərar verdi ki, ABŞ qoşunları Suriyanı tərk etsin. Halbuki, son günlərə qədər Pentaqon Suriyadan çıxmayacağını bəyan edirdi. Görünür, amerikalı generallar Trampı inandıra bilmədi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ ordusunun Suriyadan çıxması barədə qərara münasibətində deyib. O bildirib ki, belə qərarın veriləcəyindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumatlı idi:

“Əks halda Ərdoğan, “Türkiyə ordusu Fəratın şərqinə növbəti hücuma başlayacaq” deməzdi. Çünki ABŞ hərbi birlikləri məhz Fəratın şərqindədir. Yəni Türkiyə ordusu hazırki şərtlər daxilində hücuma keçsəydi, NATO müttəfiqi ilə üz-üzə qalacaqdı”.

Politoloq ABŞ-ın bölgədə kürdlər üçün hər hansı təhlükəsizlik təminatı əldə etməyə çalışması fikrinə də münasibət bildirib:

“Bu təminatı PKK uzantıları olan YPG və PYD-yə kim verə bilər ki?!”

Politoloq bildirib ki, ABŞ-ın bölgədə boşalan yerini Türkiyə, Rusiya, ya da Bəşər Əsəd gücləri dolduracaq:

“Məlumdur ki, ABŞ-dan əvvəl YPG və PYD ilə Moskva təmaslara başlamışdı. Ərdoğan vaxtında vurulan təyyarəyə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməsəydi, bəlkə də bu gün Rusiya tamamilə PYD və YPG-nin arxasında idi. Ancaq ABŞ Rusiyanı qabaqladı. İndi Rusiya ABŞ-ın yerinə kürd qruplarla əlaqəyə girəcəkmi? Əgər bunu edərsə, Moskvanın Ankara ilə münasibətləri gərginləşdirmiş olacaq. Ona görə Kreml tələsik qərar verməyəcək”.

Politoloq radikal kürdlərin kiminlə əməkdaşlığa üstünlük verəcəklərinə də münasibət bildirib:

“ABŞ onları qoruyurdu, indi isə arxasızdırlar. Demək, kiminləsə müttəfiqliyə çalışmalıdırlar. PYD və YPG böyük ehtimalla Əsədlə razılaşmağa çalışacaq. Ancaq bunun özü də Ankaranı rahatlatmayacaq. Nə qədər ki PYD və YPG PKK-nın törəmələridir, Türkiyə onlardan əl çəkən deyil”.

Tarix
2018.12.19 / 23:55
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artdı

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla