Yuxarı

Rus deputat: Əliyev milyonların arzusunu reallığa çevirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus deputat: Əliyev milyonların arzusunu reallığa çevirir

Çox təcrübəli dövlət xadimi, incə diplomat və nadir istedada malik olan siyasətçi İlham Heydər oğlu Əliyev günü-gündən Azərbaycanı inkişaf və tərəqqi yolu ilə aparmaqda davam edir. Dünyada yaranmış olduqca mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan həyatın bütün sahələrində yaddaqalan nailiyyətlər əldə edə bilib. Çünki Prezident İlham Əliyev özünün uğurlu xarici və daxili siyasəti ilə milyonlarla azərbaycanlının arzularını reallığa çevirir.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasını deputatı Dmitri Savelyev Azərtac-ın müxbiri ilə söhbətində deyib.

Rusiyalı deputat qeyd edib ki, Azərbaycanda sabitliyin mənbəyi xalqın hakimiyyətlə həmrəyliyidir. “Təsadüfi deyil ki, Azərbaycanda ilin ən mühüm hadisəsi prezident seçkiləri oldu. Bu seçkilərdə azərbaycanlılar öz liderlərinə etimad göstərərək ona səslərin 86 faizindən çoxunu verdilər. Əlamətdardır ki, prezident seçkiləri məhz 2018-ci ildə - ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Məclisin yüz illik yubileylərinin qeyd olunduğu vaxtda keçirildi. Bu, Rusiya parlamentinin nümayəndəsi kimi mənim üçün də xüsusi əhəmiyyət kəsb edir: yüz il öncə müsəlman Şərqinin xalqlarına parlamentarizm yolu göstərən azərbaycanlılar demokratik dövlət yaradıblar. Bu gün də İlham Heydər oğlunun sayəsində respublika bir çox ölkələr üçün həqiqi demokratik dövlət örnəyidir və həmin yolda inamla addımlayır”, deyə D.Savelyev vurğulayıb.

Deputatın sözlərinə görə, VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın sülh işinə sadiqliyini bir daha nümayiş etdirdi. “Forum əməldə nümunəvi multikulturalizm modelini yaradan, sivilizasiyanın mühüm problemlərini həll edən və digər ölkələrlə sülh əsasında qarşılıqlı faydalı tərəfdaşlıq naminə çıxış edən Azərbaycanın ən yüksək beynəlxalq statusunun göstəricisi oldu”, -deyə Rusiya parlamentinin üzvü qeyd edib.

D.Savelyev vurğulayıb ki, ölkələrimizin prezidentləri arasında etimada və səmimi münasibətlərə söykənən Rusiya-Azərbaycan əlaqələri həyat fəaliyyətinin bütün sahələrini əhatə edən əməkdaşlığın parlaq nümunəsidir. O deyib: “2018-ci ildə Vladimir Putin və İlham Əliyev danışıqlar aparmaq üçün bir neçə görüş keçiriblər. Bu görüşlərin Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının on illik yubileyinə təsadüf etməsi rəmzi məna daşıyır. Xalqlarımız hələ uzun müddət müasir dünyanın çağırışlarına qarşı eyni yolda çiyin-çiyinə addımlamalıdırlar. Dövlətlərimizin prezidentlərinin birlikdə açdıqları IX Bakı Regionlararası İqtisadi Forumu bunun bariz nümunəsidir”.

D. Savelyev əmin olduğunu bildirib ki, İlham Əliyevin siyasətinin əsas məqsədi olan Azərbaycanın dinamik inkişafı ildən-ilə uğurla davam edəcək. Deputat sonda deyib: “Fürsətdən istifadə edərək, cənab Prezidentə qardaş Azərbaycanın yeni qələbələri naminə onun bütün planlarının və ideyalarının ən yüksək dəqiqliklə həyata keçməsi üçün səmimi qəlbdən möhkəm cansağlığı və tükənməz enerji arzulayıram”.

Tarix
2018.12.24 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla