Yuxarı

Millət vəkili girov Şahbaz Quliyevin ailəsinə baş çəkdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsində oldum".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk hesabında çıxış edib.

Onun sözlərinə görə, ailəsi Şahbazın məhkəmədəki son görüntülərindən sonra pərişan olub:

"Ailəsinə yaxın qohumu Ramizlə birlikdə getdik. Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmətkeş ailə olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər. Torpağa çox bağlı bir insan olduğunu söylədilər, qorxmaz, cəsarətli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb. Ailə ilə qohumları yaxından maraqlanırlar. Şahbazın anası və qızının bu günlərə qədər onun taleyindən xəbərləri olmayıb. Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Həsənovun ailə ilə daima maraqlandığını söylədilər. Həyat yoldaşına və qohumuna Şahbaz Quliyevin və Dilqəm Həsənovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan dövlətinin öz oğluna sahib çıxdığını söylədim. Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Ailəsi Şahbazın və Diləqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq, Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətirdilər. Ailə üzvləri Şahbaz və Dilqəmin sağlığından ciddi narahatdır. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın "məhkəmə" görüntüləri onlara necə əzab verildiyindən xəbər verir".

Tarix
2014.10.31 / 15:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyanı Bakıya dəvət etmək olar - Deputat

Prezidentin Slovakiyanın baş naziri ilə görüşü başladı

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla