Yuxarı

Vüsal Hüseynov Süleyman Soylu ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüsal Hüseynov Süleyman Soylu ilə görüşdü - Foto

Bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə görüşüb.

Dövlət Miqrasiya Xidmətindən Axar.az-a verilən məlumata görə, V.Hüseynov Türkiyə daxili işlər nazirini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. İki ölkə arasında digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Xidmət rəisi bundan sonra da əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərin əsirgənməycəyini vurğulayıb.

V.Hüseynov ölkəmizdə miqrasiya proseslərinin daim diqqətdə saxlandığını qeyd edərək bu sahədə yeniliklərə, o cümlədən innovativ vasitələrin tətbiqinə üstünlük verildiyini diqqətə çatdırıb.

Səmimi salamlamaya görə təşəkkürünü bildirən Süleyman Soylu Azərbaycanın Türkiyə üçün ən önəmli tərəfdaşlardan biri olduğunu qeyd edib. Miqrasiya məsələlərinin bütün dünyada olduğu kimi Türkiyədə də müzakirə mövzusuna çevrilmiş əsas məsələlərdən olduğunu bildirən Türkiyənin daxili işlər naziri Türkiyənin 3 milyondan çox qaçqına ev sahibiliyi edən ölkə kimi bu fenomenin doğurduğu fəsadlarla mübarizədə gördüyü işlər barədə məlumat verib.

Görüşdə hər iki ölkə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlər barədə müzakirələr aparılıb, eləcə də bu problemlərin həlli istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadilələri edilib. Əməkdaşlığın səmərələləliyinin daha da arıtırlması məqsədilə iki ölkənin miqrasiya məsələlərinə məsul qurumları arasında hüquq-müqavilə bazasının gücləndirilməsinə dair razılığa gəlinib.

Tarix
2018.12.28 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla