Dağlıq Qarabağ münaqişəsinin
uzadılması region və Avropanın sabitliyi üçün
təhlükədir.
Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu
Ermənistanda səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə
dövlət naziri Devid Lidinqton deyib.
"Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Krallıq üçün narahatlıq
mənbəyi olaraq qalır", - Lidinqton erməni həmkarı Edvard
Nalbandyanla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya ATƏT-in Minsk Qrupunun
Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli istiqamətindəki
səylərinə böyük diqqət yetirir:
"Beynəlxalq ictimaiyyət uzun müddətdir davam edən insanlıq
faciəsinin qarşısını almaq üçün Minsk Qrupu həmsədrləri ilə birgə
hərəkət etməlidir. Biz vasitəçilərin hərəkətində irəliləyiş görmək
istəyirik".