Yuxarı

Prezident islahat anonsu verdi: İstefalar, yerdəyişmələr...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə Azərbaycanın sürətli addımlarla irəliyə doğru getməsi üçün çox işlər görüləcək.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, 2018-ci il Azərbaycan üçün çox uğurlu olub:

“Ölkə başçısı da bu uğuru göstərən sübutlar gətirdi. 2018-ci ildə Azərbaycan özünün əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini gücləndirib. Bu istiqamətdə beynəlxalq ictimai rəyin güclü dəstəyinə nail olub. Demək olar ki, dünyanın əksər gücləri, aparıcı beynəlxalq təşkilatları Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini dəstəkləyir. Prezident qeyd etdi ki, ermənilər heç bir illüziyaya qapılmamalı və bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyünü axıra qədər qoruyacağıq”.

Politoloq qeyd edib ki, prezident iqtisadiyyatın inkişafı ilə bağlı da bir sıra faktlar sadaladı:

“Ölkə başçısının da dediyi kimi, bu illərdə Azərbaycanda real sektorun - ağır sənaye sahələrinin yaradılması və bunun xüsusilə regionlarda inkişafına dəstək artırılıb. İlham Əliyev xüsusilə Mingəçevir, Neftçala, Gəncə və Naxçıvan şəhərlərinin adlarını çəkdi və bildirdi ki, bu bölgələrdə maşınqayırma sənayesi sahələrinə diqqət yetirilir və bir sıra yeni sənaye sahələri yaradılıb. Bunların içərisində avtomobilqayırma sənayesi xüsusilə diqqətçəkicidir. Digər tərəfdən ölkədə qeyri-neft sektorunun inkişafı xüsusilə nəzərə çarpır. Artıq ölkədə üzümçülük, pambıqçılıq, tərəvəzçilik və digər sahələr sürətlə inkişaf etdirilir. Bu sahədə diqqətçəkən nailiyyətlər əldə edilir. Ölkədə yaşayan insanların maddi rifah halının yüksəldilməsi ilə bağlı da fikirlər səsləndirib və bildirib ki, əmək haqlarında, pensiyalarda ciddi artım var. Bu xətt davam etdiriləcək”.

Politoloq vurğulayıb ki, prezidentin çıxışının canını ölkədə struktur islahatlarının həyata keçirilməsi təşkil edir:

“Ölkə başçısı bir daha bəyan etdi ki, ciddi struktur islahatları keçirməyə hazırlaşırıq. Bu islahatlar nəticəsində yığcam, daha az vəsaitlə daha böyük göstəricilərə nail olan idarəetmə sistemi yaratmaq fikrindəyik. Prezident onun da anonsunu verdi ki, bir sıra məmurların yerdəyişməsi və yaxud da istefaya göndərilməsi bu fonda labüd olacaq”.

Tarix
2019.01.12 / 13:21
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla