Yuxarı

Prezidentin bu qərarı strateji xarakter daşıyır – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu sərəncam mənəvi xəzinəmizin qorunması və bütün dünyaya tanıdılması baxımından çox əhəmiyyətlidir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi qərarını şərh edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib. Millət vəkili vurğulayıb ki, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi Azərbaycan dövlətinə, mədəniyyətinə, ədəbiyyatına göstərilən böyük qayğı və diqqətin bariz nümunəsidir:

“Prezident İlham Əliyevin bu sərəncamı təkcə Azərbaycanı əhatə etmir. Sərəncam və ondan irəli gələn tapşırıqlar ölkə sərhədlərini aşaraq Azərbaycanın dünyada əsrlərdən bəri mövcud olan, özünəməxsus ədəbiyyat və sənəti olan bir dövlət olduğunun isbatı yolunda əhəmiyyətli bir addımdır. Əslində, bu sərəncam strateji xarakter daşıyır. Belə bir mötəbər addımın atılmasına görə ölkə rəhbərinə minnətdarıq”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı əhatəli nitqi, orada irəli sürdüyü fikirlər və toxunduğu məsələlərin hər biri Azərbaycanın gələcəyinə baxışın istiqamətləridir:

“Ötən gün ölkə rəhbəri keçirdiyi müşavirədə hər kəsin gözləri qarşısında Azərbaycanın əsas istiqamət planlarını açıqladı. Bununla bir daha əmin olduq ki, hər bir vətəndaşının gələcəyini düşünən, onlara şəffaf və təmiz həyat şəraiti arzulayan və bunu təmin etmək üçün bütün qüvvəsini səfərbər edən bir dövlətdə yaşayırıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Tarix
2019.01.12 / 17:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla