Yuxarı

"Azərbaycanlıların yaşadıqları bölgələrdə qrip virusu..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində qrip virusundan ölüm faktı qeydə alınmayıb. Ümumiyyətlə, bu bölgədə qrip virusundan kəskin xəstələnmə və ya digər ağır hallara rast gəlinməyib.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze söyləyib.

O deyib ki, qrip virusu ən çox paytaxt Tiflisdə və Acarıstan Muxtar Respublikasında yayılıb. Tiflis və Batumi əsas mərkəz hesab olunur. Gürcüstanın Kvemo Kartli bölgəsində və digər regionlarında da qrip virusunun yayılma ehtimalı çox azdır. Səhiyyə Nazirliyinin tapşırığına əsasən regionlarda da məcburi peyvəndləmə həyata keçirilir. Əgər hər hansı çağırış olarsa, hökumət həmin bölgələrə də təcili yardım göstərməyə hazırdır.

Qeyd edək ki, hazırda Gürcüstanda qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 44-ü reanimasiya şöbələrindədir. Ölkədə indiyədək 15 nəfər qripdən ölüb. Onlardan beşi Acarıstan Muxtar Respublikasının sakinidir.

Tarix
2019.01.12 / 20:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla