Yuxarı

ABŞ İranı bu zaman vuracaq – Politoloqdan şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun İrana raket zərbələrinin endirilməsi ilə bağlı planı çoxdan mövcud idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert sözügedən planın keçmiş administrasiyalar dövründə hazırlandığını bildirib:

“ABŞ-ın İranla bağlı planı Pentaqonun keçmiş planının modifikasiya olunmuş variantıdır. Ancaq belə bir planın mövcudluğu onun tezliklə reallaşacağı anlamına gəlmir. Çünki hazırkı siyasi səbəblər ABŞ-ın İrana zərbələr endirməsi üçün yetərli deyil. Digər tərəfdən, ABŞ müttəfiqlərinin plana fərdi yanaşması da onun gerçəkləşməsinə imkan vermir. ABŞ indi sadəcə olaraq həmin plan üzərində yeni reallıqlarla bağlı korrektələr aparır. Ümumiyyətlə, nəinki ABŞ, bütün ölkələrin müdafiə nazirlikləri və baş qərargahları öz regionlarında hərbi əməliyyatlara dair planlar hazırlayırlar. Bu da hərbi-siyasi vəziyyət qarışan zaman sözügedən planların operativ şəkildə həyata keçməsinə imkan yaradır”.

Politoloq sözügedən planın gerçəkləşmə imkanlarına da toxunub:

“İranın nüvə proqramını reallaşdırması və xüsusilə də taktiki “Şahab” raketlərinin yeni modifikasiya olunmuş formalarını icad etməsi ilə bağlı informasiyalar yayılarsa, ABŞ-ın sözügedən planı işə düşəcək. Bu zaman ABŞ müttəfiqlərinin reaksiyasını gözləməyəcək və İrana zərbələr endirəcək”.

Qeyd edək ki, “Vol Strit Jurnal” qəzeti Boltonun Pentaqona İrana zərbə endirilməsi variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat yayıb.

Tarix
2019.01.15 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla