Yuxarı

Rüstəm İbrahimbəyovu siyasi həyatda görmürəm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəm İbrahimbəyovu siyasi həyatda görmürəm

"Rüstəm İbrahimbəyov ciddi incəsənət adamıdır. Ona böyük hörmətim var. Ancaq bu hörmət onun incəsənət sahəsindəki fəaliyyətindən qırağa çıxmır. Mən Rüstəm müəllimi ictimai-siyasi həyatda görmürəm və istəmirəm ki, onun siyasi fəaliyyətini qiymətləndirim. Çünki bu barədə danışmağa başlasam, çox dərinə gedəcəyəm".

Bu sözləri "Azadliq" radiosunun canlı yayımında qonaq olan Müsavat partiyasının sədri İsa Qəmbər dedi. "Axar.az" olaraq radionun canlı efirinə Müsavat başqanına bu sualı ünvanlamışdıq:

""Fəxri sədr" olacağı halda Müsavat partiyasının Milli Şuradakı təmsilçiyinə yenidən baxacaqsınız. Simvolik xarakter daşıyan sədrliyə qarşı olmağınızın səbəbi nədir?"

İsa Qəmbər bildirdi ki, Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı fəaliyyətində zəifliyə yol verib və bu barədə çox danışmaq istəmir.

Partiya başqanı Rüstəm İbahimbəyovun fəxri sədr olmasına qarşı çıxmasının səbəbini də açıqladı. O, bildirdi ki, bunun səbəbi Rüstəm İbrahimbəyovun siyasi həyatda aktiv olmaması və bilgisinin zəif olması ilə bağlıdır:

"Milli Şuranın fəxri sədri olmaq istəyən adamın siyasi bilgiləri olmalıdır. Çünki mən istəmirəm ki, ölkədən xaricdə olan bir insan qurumun fəxri sədri olsun. Fəxri sədr simvolik xarakter daşıya bilər, ancaq xaricdə hansısa tədbirdə iştirak edib siyasi bəyanatlar verəcək. Müsavat partiyası olaraq təmsil olunduğumuz qurumun adından danışacaq "fəxri sədr"in partiyamızın maraqlarına uyğun olmayan çıxışlar etməsini istəmirik. Siyasi təcrübəsi olmayan adamların bu cür təmsilçiliyinin əleyhinəyik".

Tarix
2013.12.05 / 18:18
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla