Yuxarı

Tehran bilir ki, Suriyadan sonra növbəti hədəf İrandır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran liderləri hesab edir ki, Suriyada Əsəd problemi ortadan qalxandan sonra növbəti hədəf İran olacaq.

Bu sözləri Axar.az-a İsrailin Suriyadakı İran qüvvələrinə genişmiqyaslı hücumuna münasibət bildirən beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, İsraillə İran arasında olan münasibətlər həmişə gərgin olub:

“Qarşılıqlı təhdidlər və bəyanatları mütəmadi eşidirik. İki ölkə arasında zaman-zaman kiçik hərbi toqquşmalar da yaşanıb. İsrail İrana qarşı davamlı, genişmiqyaslı hərbi əməliyyatlar keçirtməkdə maraqlı deyil. Çünki nəticənin hər iki tərəfə böyük ziyanının olacağını bilir. Amma eyni zamanda özünü bütün vasitələrlə hər zaman qoruyacağını bəyan edir. Bunu təzyiq kimi qəbul edərək İranın Suriyadan çıxacağına isə inanmıram. İran illərdir ki, iqtisadi sanksiyalar altındadır. Bir neçə il öncə ABŞ Prezidenti Barak Obama bu sanksiyaları aradan qaldırsa da, sonradan İran ABŞ-ın sərt reaksiyası ilə üzləşəcəyini bilə-bilə Suriya məsələsində Əsəd rejiminə dəstək oldu. Tramp prezident seçiləndən qısa müddət sonra daha sərt şəkildə sanksiyaları bərpa etdi. Bütün bunlar onu deməyə əsas verir ki, istənilən təzyiq altında İran Suriyadan çıxmayacaq”.

Ekspertin sözlərinə görə, İran Suriyada Əsədin ortadan qalxmaması üçün addımlar atır:

“Maksimim şəkildə Rusiya ilə birlikdə Əsədə dəstək olur. Eyni məsələyə Rusiya ilə baxışlarının üst-üstə düşməsi də Tehranın Suriyadan çıxmayacağı ilə bağlı ehtimalları gücləndirir. Proseslər qaynar fazaya kecəcəyi halda isə Suriyadan çıxıb, ya çıxmamağın önəmi qalmayacaq”.

Qeyd edək ki, dünən İsrail hərbçiləri Suriyadakı İran silah anbarları və bir neçə hava hücumundan müdafiə batareyalarına qırıcılardan zərbə endirib.

Tarix
2019.01.21 / 16:14
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla