Yuxarı

Nüfuzlu şəxslərin Əliyevlə görüşməsi... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davosda Dünya İqtisadi Forumunda onlarla nüfuzlu şirkətin rəhbərlərinin Prezident İlham Əliyevlə görüş keçirməsi Azərbaycanda sərmayə yatırmaq üçün münbit şəraitin olması ilə birbaşa bağlıdır.

Axar.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin dünyanın böyük transmilli enerji şirkətlərini Azərbaycanın neft-qaz sektoruna sərmayə yatırmağa inandırmasından sonra ölkəmizdə yeni dövrün başlanğıcı oldu. 1994-cü ildə Britaniyanın, ABŞ-ın, Avropa ölkələrinin və digər dövlətlərin iri enerji şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmizin iqtisadiyyatının lokomotivi hesab edilən neft-qaz sektorunda sıçrayışlı inkişaf dövrü başlandı.

Millət vəkili qeyd edib ki, ötən müddət ərzində "BP" və başqa transmilli enerji şirkətləri Azərbaycanda səmərəli fəaliyyət göstərib, ölkə iqtisadiyyatına sərmayələr yatırıblar:

“Əlbəttə ki, böyük enerji şirkətlərinin Azərbaycanda sərmayə yatırması ilk növbədə ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır. İkincisi, dünyanın ən aparıcı enerji şirkətləri ilə həm ulu öndər Heydər Əliyevin, həm də ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan dövlətinin və xalqının milli maraqlarından çıxış edərək ölkəmizin perspektiv inkişafına hesablanmış səmərəli əməkdaşlıq əlaqələri qurulub. Heç kəs təsəvvür belə edə bilməzdi ki, zaman gələcək, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyil ki, bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli layihələrlə bir çox dövlətlərin və regionların qarşılıqlı səmərəli əməkdaşlığını təmin edir, eyni zamanda, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə öz töhfəsini verir”.

S.Vəliyeva vurğulayıb ki, Azərbaycan artıq dünyada böyük inam və etibar qazanmış tərəfdaş statusuna malikdir: "Davosda Prezident İlham Əliyevlə onlarla şirkətin rəhbərlərinin görüş keçirməsi ölkəmizdəki sabitliyin, təhlükəsizliyin və sərmayə yatırmaq üçün münbit şəraitin olması ilə birbaşa bağlıdır. Bu gün Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollar sərmayə yatırılıb. Düşünürəm ki, perspektivdə həm enerji, həm də digər sektorlarda Azərbaycana investisiya yatırmaq istəyən şirkətlərin sayı çox olacaq və bu rəqəm dəfələrlə artacaq".

Tarix
2019.01.23 / 20:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla