Yuxarı

Ermənistanın qondarma DQR layihəsi boş hay-küydür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qondarma Dağlıq Qarabağ haqqında qanunun müzakirəsi hələ o demək deyil ki, bu, parlamentdə qəbul ediləcək".

Bunu Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Ermənistan parlamentində qondarma DQR haqında qanunun müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənsitanın Dağlıq Qarabağı müstəqil bir dövlət kimi, de-yure tanıması ölkənin özünün maraqlarına da ziddir:

"Ən azından ona görə ki, İrəvan Gömrük Birliyinə müəyyən şərtlərlə daxil olub və bundan sonra bu cür addım atması çox risklidir. Ermənistan bunu çox gözəl anlayır.

İkincisi, belə bir addımın atılması Rusiyaya sərf etmir. Ona görə ki, Azərbaycan konkret olaraq müəyyən konstruktiv layihələrə ev sahibliyi edən bir ölkə kimi Moskvanın maraq dairəsindədir. Bu isə Ukrayna və Yaxın Şərqdə baş verən hadisələrdən qaynaqlanır. Bakıya diqqətin artması İrəvanın bu cür addımını qeyri-mümkün edir.

Üçüncüsü, Qərb cinahı ilə bağlıdır. Maraqlıdır ki, bu addım Qərbə də sərf etmir. Aktivliyin avqust əməliyyatlarının ardından artması səbəbsiz deyil. Belə bir zamanda Ermənistanın Qarabağın müstəqilliyini tanıması Azərbaycanın qarşısında müharibədən başqa bir alternativ qoymur. Bəs bu, Qərbə lazımdırmı? Əlbəttə ki, yox. Konstruktiv layihələrə keçid və müxtəlif nəqliyyat dəhlizlərinin Azərbaycandan keçərək reallaşması münaqişə ocağının yaranmasını maraqlara daxil etmir. Ermənistanın bu radikal addımı daxili auditoriyaya hesablanıb. Heç bir qanun layihəsi qəbul olunmayacaq".

Tarix
2014.11.13 / 09:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla