Yuxarı

130 gündür döyüş itkisi vermir, ancaq erməni əsgərlər ölür...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa, atəşkəsə riayət etməyin anlamı qalmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu 2018-ci ili Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il hesab edib:

"Yenə onların hesabatına görə, 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir. Buna baxmayaraq, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə, Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır. 2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə intihar edib. Bu hesabatdan gəlinən iki nəticə var: Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın Baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin. Məsələn, son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki Qarabağ klanı əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan Ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. Qarabağ klanına da elə bu lazımdır".

Politoloq hesabatdn gəlinən ikinci nəticəyə də aydınlıq gətirib:

"Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birini qırmaqda davam edir. 2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu hələ Helsinkin Vətəndaş Assambelyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təhciz etmək İrəvana baha başa gəlir. Üstəgəl də qeyri-döyüş itkiləri azalmır".

Tarix
2019.02.05 / 23:22
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevin məğlubiyyəti dəyişdirəcək strategiyası...

Paşinyanın impiçmenti: Müxalifətə nə qədər səs lazımdır?

Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

İrəvan bu gün Bakı ilə hansı sənədi imzalamaq istəyir?

Ceyhun Bayramov Qazaxıstana yola düşdü

Putin 102-ci bazanı çıxarmağı təklif edib, Nikol isə…

Kreml Nikola qarşı kilsəni də işə saldı: Çevriliş ola bilər

Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa “oynayır”?

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla