Yuxarı

Rusiya İrəvanda aktiv siyasi fəaliyyətə başladı – Nikola qarşı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu görüş çoxməqsədli xarakter daşıyır və açığı, özündə Ermənistana psixoloji təzyiq elementlərini əks etdirir.

Bu sözləri Axar.az-a Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin İrəvanda daşnakların və Respublikaçılar Partiyasının təmsilçiləri ilə görüşünə dair bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Moskvanın məqsədləri içərisində əsas yeri Ermənistanın indiki iqtidarına xəbərdarlıq tutur:

“Hər halda Rusiyanın çoxgedişli manevrlərini sezməmək mümkün deyil. Çünki səfirlər nadir hallarda siyasi partiyalarla görüşürlər. Bu baxımdan da əminəm ki, Kopırkinin heç bir reytinqi olmayan, millətçi və radikal təmayüllü qüvvələrin təmsilçiləri ilə görüşü Rusiyanın Paşinyana açıq mesajıdır. Mesaj isə ondan ibarətdir ki, Rusiya Ermənistanda siyasi müxalifəti təşkilatlandırmaq niyyətindədir. Bu mənada Moskva erməni müxalifətinə nəinki siyasi dəstəyini artırır, hətta onlara daha irimiqyaslı yarışlara girməyi təklif edir. Belə ki, Rusiyanın Ermənistanda siyasi müxalifətlə iş birliyinə getdiyini və hər ehtimala qarşı Paşinyanı ələ verəcək siyasi qüvvələrin təmərküzləşməsinə cəhd etdiyini söyləmək mümkündür”.

Q.Hüseynli qeyd edib ki, Rusiya Ermənistanda qəfil ekstremal vəziyyətlərin yarana biləcəyinə dair çox ciddi məlumatlara sahibdir:

“Buna görə də Rusiya hələ də Paşinyana etimad etmir və bu nöqteyi-nəzərdən Ermənistanın siyasi palitrasında mövcud iqtidarı əvəzləyəcək siyasi qüvvələri, yəni Paşinyanın potensial rəqiblərini bir bayraq altında birləşdirməyə və ciddi güc mərkəzinə çevirməyə cəhd edir”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bir neçə gün öncə İrəvanda daşnakların və hakimiyyətdən devrilmiş Serj Sərksiyanın Respublikaçılar Partiyasının təmsilçiləri ilə görüşlər keçirib.

Görüşün əsas müzakirə mövzusu Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin inkişafı olub.

Tarix
2019.02.08 / 17:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla