Yuxarı

Prezidentdən 16 min tələbəyə sürpriz - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla ölkədə təqaüd alan tələbələrin sayında köklü şəkildə dəyişiklik baş verib.

Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov danışıb. O, sözügedən sərəncamla təqaüd alan tələbələrin sayında ciddi artım olacağını bildirib:

2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib. 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin isə yalnız 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. Yəni son 10 il ərzində Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə azalmaqda davam edirdi.

Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılır.

Yəni hazırda təqaüd alan tələbələrin sayı 53408 nəfərdir və prezidentin sərəncamı ilə onların sayı 16 min artırılaraq 70 minə çatdırılacaq. Əlavə olunan 16 min təqaüd akademik göstəriciləri yaxşı olan təhsilin müxtəlif pillələrində təhsil alan şəxslərə şamil olunacaq. Bu o deməkdir ki, hansısa universitetdə ödənişli təhsil alanların akademik göstəriciləri yüksək olarsa, onlara da təqaüdlər veriləcək”.

Ekspertin sözlərinə görə, sərəncamın 2-ci hissəsində qeyd edilən vacib məsələ isə təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin artaraq 31 faizdən çox olmasıdır:

“Sərəncamda təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması məsələsi də qeyd olunub.

Bu o deməkdir ki, 2019-2020-ci tədris ilində ali məktəblərə dövlət sifarişli yerlərin sayı artacaq. Yəni hazırda 45 min plan yerinin 13 mini dövlət sifarişlidirsə, 2019-cu ildə bu rəqəm 12 min artaraq 25 min olacaq. Bununla yanaşı ödənişli ixtisasların sayında artım olacaq. Ödənişli ixtisasların plan yerindəki artım dövlət sifarişli ixtisasların plan yerlərinin artım faizi ilə eynilik təşkil edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında və ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

Tarix
2019.02.15 / 12:37
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla