Yuxarı

Abbasov “Bakını vurmaq” təklifi edəni Zatulinəcən qovdu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı jurnalist Fuad Abbasov rusiyalı hərbi ekspert Vladimir Yevseyevdən işlətdiyi ifadəsinə görə izahat tələb edib.

Axar.az xəbər verir ki, olay Moskvada keçirilən “Rusiya və Azərbaycan arasında mədəni körpü beynəlxalq mədəni dialoqun əsası kimi” tədbirində yaşanıb.

Abbasov bildirib ki, onu təəccübləndirən dəvət olunmamasına baxmayaraq, ermənil diasporunun böyük dostu sayılan ekspert Yevseyevin tədbirdə iştirakı olub. Yevseyev bir müddət öncə “Bakını “İsgəndər”lə bombalamaq” təklifini səsləndirib.

Azərbaycanlı jurnalist tədbirdən sonra Yevseyevə İrəvanda keçirilən “Lazarev klubu” toplantısında Bakıya zərbə endirilməsi barədə səsləndirdiyi fikri xatırladıb.

“Sizin sualınızın korrektəyə ehtiyacı var. Mən haranısa bombalamaq çağırışı etməmişəm”, - Yevseyev deyib.

Bunun ardınca Yevseyev müsahibədən imtina edib və gedib. Abbasov isə sualını davam etdirib:

- Siz tədbirə dəvət edilənlər siyahısında yoxsunuz. Bu tədbirə niyə gəlmisiniz?

Bundan sonra Yevseyev Kanstantin Zatulinin kabinetinə girib.

Xatırladaq ki, deputat Zatulin ermənipərəstliyi ilə məşhurdur.

Tarix
2019.02.17 / 00:31
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla