Yuxarı

Paşinyan Qarabağla bağlı nə etmək istəyir? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın hazırda əsas hədəfi rəqiblərinin (Qarabağ klanının və Daşnaksütyun Partiyasının) Qarabağ üzərindən ona zərbə endirməsini əngəlləməkdir. Bu çərçivədə o, ölkə daxilindəki rəqiblərinə qarşı xalqa güllə atılması (1 mart hadisələri) və korrupsiya mövzulu cinayət işləri prosesindən əsas silah kimi istifadə edir.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, yeni hakimiyyətin əsas hədəflərindən biri də Qarabağ separatçılarının Ermənistan daxilindəki Paşinyan əleyhdarı qrupların təsirində qalmasına, həm onlar, həm də Rusiya tərəfindən iqtidar əleyhinə istifadə edilməsinə mane olmaqdır:

“Bu çərçivədə 3 addım atılması gözlənilir. İlk addım separatçıları Azərbaycanla müzakirə masasına oturtmaqdır ki, bunun da 3 mənası var: birincisi, müzakirələrdə veriləcək güzəştlərdə məsuliyyəti onlarla paylaşmaq; ikincisi, separatçıları xəyalpərəstlikdən uzaqlaşdırmaq və real mənzərəni görməyə məcbur etmək; üçüncüsü, Azərbaycana qarşı manevr imkanı əldə etmək. Paşinyanın digər bir məqsədi separatçıları müxtəlif təşviq və təzyiqlərlə öz tərəfinə çəkmək və bununla da Qarabağdakı separatçıların komandasında qısa vədədə özünə uyğun dəyişikliklər etməkdir. O, orta və uzun vədədə komandanı bütövlükdə dəyişdirməyə çalışacaq”.

Ekspertin sözlərinə görə, Paşinyan hökuməti Ermənistandakı ordu və təhlükəsizlik qüvvələrini, Qarabağ məsələsində qarşısını almayacaq formada, nəzarətə götürmək istəyir:

“Erməni tərəfi Qarabağ müzakirələrində Kremlə meydan oxuyacaq formada davranmamaq və bunun üçün də Rusiyanın təşəbbüskar olduğu Qarabağ müzakirələrindən imtina etməməklə, Minsk Qrupu formatında müzakirələrdə iştiraka davam etmək niyyətindədir. Azərbaycanla ikili formatda müzakirələri daha sıxlaşdırmaq ehtimalı da yüksəkdir. Çünki həlledici müzakirələrin əvvəlcə bu formada getməsi daha məqsədəuyğundur. Bu addımlar uzun, çətin və ağrılı prosesdir. Bu çərçivədə Paşinyanın 2019-cu il ərzində Qarabağ barədə böyük, konkret addımlar atması zəif ehtimaldır”.

Tarix
2019.02.20 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla