Yuxarı

AB ilə Bakı arasında danışıqların növbəti raundu baş tutdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsinə dair danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədilə Avropa İttifaqının nümayəndə heyətləri ölkəmizə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyində Aİ tərəfindən Saziş üzrə əsas nümayəndə, Avropa Xarici Fəaliyyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Lyuk Dövinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu baş tutub.

Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aİ nümayəndə heyəti ilə görüşüb.

Aİ-nin Ticarət üzrə Baş Direktorluğunun nümayəndəsi Petros Sourmelisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan tərəfi ilə Saziş layihəsinin ticarət sahəsi üzrə danışıqlarını bu il fevralın 15-20-də Bakıda davam etdirib.

Tarix
2019.02.20 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla