Yuxarı

Ölkədə qarışıqlıq yaratmaq istəyənlər... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Problemləri həll etmək səlahiyyəti Azərbaycan hakimiyyətindədir və o da bu işləri görür.

Bu sözləri Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı qərarı haqda danışan millət vəkili Musa Qasımlı deyib. Deputat hesab edir ki, BŞİH-in Milli Şuranın mitinqinə icazə verməməsi düzgün qərardır:

“Çünki ölkəmizdə həm dövlət və hökumət orqanları, həm də hər birimiz üçün ən vacib məsələlərdən biri vətəndaşın təhlükəsiz, rahat şəraitdə yaşaması və ictimai asayişin qorunmasıdır. Əgər ictimai qayda-qanun pozulursa, vətəndaş küçəyə çıxa bilmirsə, dinc həyatı təhlükəyə düşürsə, belə mitinqlər heç kimə gərək deyil. Mitinqə gedənlərə və təşkilatçılara xatırlatmaq istəyirəm ki, insan iki şeyin qədrini sonradan bilir: can sağlığı və sabitliyin. Qarışıqlıq yaratmaq istəyənlər Yaxın Şərqə baxsınlar. Heç bir azərbaycanlı oradakı əhalinin vəziyyətinə düşmək istəmir. Ona görə də mitinqlərin təşkili zamanının ötüb keçdiyi qənaətindəyəm”.

Millət vəkili qeyd edib ki, mitinqlərdə heç bir şey həll olunmur:

“Problemləri həll etmək səlahiyyəti Azərbaycan hakimiyyətindədir və o da bu işləri görür. Qarışıqlığa yol vermək olmaz. Ölkəmiz islahatlar yolu ilə inkişaf etməlidir. Xalq tərəfindən bəyənilən və müdafiə edilən həmin islahatları da cənab Prezident həyata keçirir”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqə icazə verməyib.

Tarix
2019.02.22 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla