Yuxarı

“Vaxtında müdaxilə etsəydik, Türkiyə rusca danışardı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə qeyri-adi bəyanatla gündəmə gəlib.

Axar.az xəbər verir ki, partiya rəhbəri ölkəsinin qərbə yox, cənuba doğru irəliləməsinin vacib olduğunu deyib:
"Xarici siyasətimizin əsas sistemi budur: I Pyotrdan başlayan səhvlər davam edir. Qərbin diktəsi ilə hərəkət edirik. İngiltərə bizi İsveç, Polşa və Türkiyə ilə müharibəyə təhrik etdi".

Rusiyanın cənuba meyl etməli olduğunu deyən Jrinovski Türkiyə, İran və Əfqanıstana vaxtında müdaxilənin indi bu ölkələrin rus dilində danışması ilə nəticələnə biləcəyini deyib:

"Siyasətimizin ana xətti cənub olmalıdır. Ancaq bu yolla maksimum müvəffəqiyyətə çata bilərik. Cənubda Türkiyə, İran və Əfqanıstan bizi gözləyir, Afrika və Vyetnam deyil. Yalnız Türkiyə, İran və Əfqanıstan! Bu ölkələr bizimlə dost olmaq istəyir. Əgər biz bunu biraz tez reallaşdırsaydıq, indi bu üç ölkə rusca danışacaqdı. Cənub meyvə, tərəvəz, isti, turizm və tətil deməkdir. Oralarda bizim şimalda əkdiyimiz nemətlər yoxdur".

Tarix
2014.11.22 / 00:10
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla