Yuxarı

BDU-nun filialına yeni direktor təyin edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru vəzifəsinə təyinat olub.

Report-un əldə etdiyi xəbərə görə, bu vəzifəyə universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin "Politologiya və sosiologiya" kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov təyin olunub.

Qeyd edək ki, A.Rüstəmov 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı salahlı kəndində qulluqçu ailəsində anadan olub. 1985-ci ilin uyun ayından BDU-nun indiki Politologiya və Sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.

2008-2013-cü illərdə universitetin Sosial Elmlər və Psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.

2013-cü ildən BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat Fakültəsinin Politologiya və Sosiologiya kafedrasının dosentidir.

O, bir kitab, yeddi dərslik, 50-dən çox elmi məqalə, tədris proqramı və metodik işin müəllifidir.

Ailəlidir, iki övladı var.

Qazax filialının sabiq direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev yanvar ayında vəfat edib.

Tarix
2019.03.07 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla