Yuxarı

Qoca İnsanovun qarımış hikkəsi hardan doğur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfv edilən sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdığı gün mediaya iddialı açıqlamaları ilə gündəmə gəldi.

“Qoca kişidir, boş verin” düşünürdük ki, sosial şəbəkələrdə “qeyri-yeraz”ların “yeraz”ları təbriki, “yeraz”ların dəhşətli dərəcədə, “başlarına hava gəlirmişcəsinə” sevinməsinə aid statusları görüb, fikrimizi dəyişdik.

Yox, boş verməyək, çünki boş danışıqlar həddən artıq çoxdur.

Xatırlayıram, illər öncə həbsdən azad edilən dostumuz çox maraqlı bir müqayisə aparmışdı. “Tutulanda sizdən böyükdüm, indi hamınızdan balacayam. Çünki hansı yaşda tutulmuşdumsa, o yaşda da azadlığa çıxmışam. Türmədə zaman dayanır”, - demişdi.

Dəqiq analizdir, məxsusən Əli İnsanovun simasında bu təhlilin nə qədər yerində olduğunu bir daha anladıq. Adam özünü 59 yaşında, 2005-ci ildə, nazir kürsüsündə bu dəqiqə qandallanmış kimi aparır. Hətta titullarının əlindən alınması, villalarında qoyub getdiyi külçə qızıllar və onmilyonlarla dollarların da “daha olmadığını” hələ bilmir.

Adam dünya siyasətinin necə dəyişməsindən, hətta Bakının yeni simasından xəbərsizdir. Əminəm ki, onu Bakının bu başından buraxsan, gedib 12 il işlədiyi Səhiyyə Nazirliyinin binasını tapa bilməyəcək.

Adamın xəbəri yoxdur ki, 4 gündən sonra 73 yaşı olacaq və bu yaşda siyasətə yeni qədəm basan adam yalnız o dünyada seçkilərə qatılmaq şansı qazana bilər.

Zaman onun düşüncəsinin, ağlının üstündən keçib və 14 il taleyin ona verdiyi düşünmək fürsətini bu insan dəyərləndirməyib. Amma bu 14 il onun fiziki varlığına kifayət qədər təsir edib, axı!

Axı, 2005-ci il geyimləri ilə fiziki baxımdan 59 yaşa qayıtmaq qeyri-mümkündür! Yəni səhiyyə naziri olan şəxs bunu dərk etmir? Yoxsa, türmədə güzgü olmayıb?

Qısa müddətdə anlayacaq nələr baş verdiyini: özünə qoşmaq istədiyi müxalifətin “o müxalifət” olmadığını da, “azadlığı üçün” təşəkkür etdiyi ABŞ-ın, özü demiş, “o ABŞ Konqresi” olmadığını da.

Adama hələ çatmır ki, ABŞ Konqresinin dərdi Tramp, Suriya, Rusiya, Çin...dir. Bu qurumdan ən müasir teleskopla Azərbaycan zorla görünür, onda qalmışdı Əli İnsanov ola!

Keçək “yerazlar” məsələsinə!

Əli İnsanovun azadlığa çıxmasından dolayı “şıdırğı gedən yeraz” görmürəm – “qeyri-yeraz”ların təbrikindən başqa. Hər halda, Qərbi Azərbaycandan olanlara onların özü qədər yaxınam – “təbrik” yazanlardan fərqli olaraq.

“Yerazlar” düşündüyünüz qədər ağılsız deyil ki, ictimai meyitin siyasi tabutuna və yaxud 14 il əvvəl batan, artıq okeanın dibində olan balıqçı qayığına (məhz balıqçı qayığı, balıq əldə etmək üçün, gəmi deyil!) doluşsunlar. Sizə kim dedi ki, “yerazlar” dalğıc paltarı geyinib, kislarodla okean dibinə yaşamağa getmək istəyirlər? O qədər siyasi korafəhm “yeraz”ı hardasa görmüsünüz?

Hələ onu demirəm ki, bu “insanovin” Qərbi Azərbaycandan olan böyük bir siyasi elitanın etimadına necə zərbə vurub! Onun iddiasının zibilinə heç də az “yeraz” keçməyib. İndi, düşünürsünüz, onlar 73 yaşlı qocanın saralmış qulağına yox, qisasçı gözlərinə baxacaq?

Əli İnsanov ictimai mahiyyətini tam mənası ilə itirmiş qoca kişidir. O ki qaldı siyasi mahiyyətinə... Onun nə zaman siyasi mahiyyəti olub ki?!

Adam bu vaxta qədər yalnız müxalifəti və medianı təhqir etməklə ümumiləşdirilə bilən iki çıxışla yaddaşlarda qalıb. Bir də digər nazir həmkarına həbsindən dəqiqələr öncə hökumət telefonuyla “mən bu hakimiyyətə asi oldum, sən də mənimləsən?” sözü ilə...

Adamın ağlı, düşüncəsi və siyasi yetkinliyi bu boydadır və 14 ildə bir misqal da dəyişməyib!

Əl-Fatihə!!!

Tarix
2019.03.18 / 13:47
Müəllif
Anar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla