Yuxarı

İslahat bu sistemə də çatdı: Yeni model yaranır – Fərman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslahat bu sistemə də çatdı: Yeni model yaranır – Fərman

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı ilə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:

- Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanı necə dəyərləndirirsiniz?

- Bu, Prezident tərəfindən atılan çox böyük addımdır. Bir müddət öncə bu islahatların anonsu verilmişdi. Fərmandakı bəndlərdə məhkəmə islahatlarının əsas istiqamətləri göstərilib. Fərmanda çox ciddi müddəalar öz əksini tapıb, xüsusilə də kriminalsızlaşdırma, cəzanın humanistləşdirilməsi, alternativ cəzaların verilməsi, məhkəmə təcrübəsinin mütərəqqi, müsbət hissələrinin daha da genişləndirilməsi və yayılması istiqamətində addımlar atılması nəzərdə tutulur. Hesab edirəm ki, bu məhkəmə sistemində və cəza siyasətində ciddi dönüşə səbəb olacaq. Bu addımların həyata keçirilməsində əsas olan icra üçün məsuliyyət daşıyan qurumların reaksiyasıdır. Burada əsas narahatedici məqamlardan biri müəyyən məsələlərlə bağlı təkliflərin hazırlanması tapşırılan qurumlardır. Çünki həmin qurumların özləri bilavasitə xoşagəlməz vəziyyətin yaranmasında məsuliyyət daşıyır. Əvvəllər də Prezident alternativ cəzanın genişləndirilməsini təklif etmişdi. Ölkə başçısı bu fərmanla təkcə məhkəmə islahatı aparmır, həm də vətəndaşın məhkəmələrin təzyiqindən, məhkəmə tərəfindən verilən ağır qərarlardan xilası üçün radikal addımlar atır.

- Prosesin reallaşmasını necə təsəvvür edirsiniz?

- Bu addımları həyata keçirəcək aktorlar önəmlidir. Prezidentin bu xoş niyyətini başqa istiqamətə yönləndirməyə çalışanlar da ola bilər. Bu məsələdə daha çox müstəqil ekspertlərin, hüquqşünasların təklifləri önə çəkilməlidir. Daha çox Milli Məclisin potensialından istifadə edilməsi vacibdir. Belə olan halda bu islahatlar daha effektiv olar, qanunvericilikdə də bunun əks olunması və daha geniş şəkildə tətbiqinə şərait yaranar.

- Bu islahatları həyata keçirilməsində Milli Məclisin rolu nədən ibarət olacaq?

- Qanunvericilik təşəbbüsü ilə islahatların həyata keçirilməsi üçün nəzərdə tutulan məsələlər MM-in gündəliyinə çıxarıla bilər. Amma təklifləri hazırlayacaq qurumların özləri bu vəziyyətin yaranmasında bilavasitə məsuliyyət daşıyır. Onlar özlərinin zərərinə ola biləcək hansısa bir dəyişikliyi, islahatı həyata keçirməkdə maraqlı olmayacaqlar. Ona görə də təkliflərin təqdimatında MM-in komitələrinin aktiv iştirakı olduqca vacibdir. Ümid edirəm ki, bu istiqamətdə düşünüləcək.

- Fərmanda sahibkarlar üçün ixtisaslaşmış məhkəmə modeli təklif edilir.

- Bu, yeni modeldir. İxtisaslaşmış məhkəmələrin həqiqətən də sahibkarlığın inkişafına effektli kömək göstərməsi, onların məsələlərini uzatmadan həll etməsi mümkündür. Çünki bəzən proses uzandığı üçün yaranan biznes imkanları ortadan qalxır və sonradan onu gerçəkləşdirmək mümkün olmur.

- Yeni təkliflər vətəndaşların məhkəmələrdə qarşılaşdıqları çətinliklərin həllində necə rol oynayacaq?

- Fərmanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılması nəzərdə tutulur. Digər tərəfdən “bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi” tələbi də var. Bunların hamısı nəhkəmə prosesinin daha dəqiq və məqsədəuyğun aparılmasına yönələn çağırışlardır. Fərman həyata keçirilsə, məhkəmə sistemində əsasən korrupsiya hallarının azaldılması, vətəndaşların işinin yüngülləşməsi təmin olunar.

Tarix
2019.04.05 / 09:13
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Əliyevə söz vermişdim, onu ölkəyə dəvət etdim - Babiş

Benzin və dizelin qiyməti ilə bağlı mühüm qərar

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin analoqu olmayan təklifi... - Pənahov danışdı

Ukrayna ilə münasibətlər strateji həmrəylik prinsiplərinə əsaslanır

Andrey Babişin şərəfinə rəsmi lanç verildi - Foto

Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla