Yuxarı

İlham Əliyev türkiyəli nazirlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev türkiyəli nazirlə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Nazir Fikri İşık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Bakıda keçirilən "BakuTel-2014" telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğuladı. Fikri İşık Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını dedi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğan ilə dekabrın 1-dəki telefon söhbətini xatırlayan Prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən Azərbaycanın "G-20"nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində də daha da genişləndirməyin önəmini qeyd etdi.

Türkiyəli nazir bildirdi ki, biz hamımız Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" fəlsəfəsinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməməliyik.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Tarix
2014.12.02 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla