Yuxarı

Almanlar Göygöldə: Tarixi izlər... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, alman mədəniyyəti və məişətinin respublikamızın müxtəlif yerlərindəki izləri tarixin yadigarları kimi qorunur və nəsildən nəsilə ötürülür. Bu xüsusda, düz iki əsr bundan əvvəl alman qəsəbəsi kimi salınmış Helenendorf, indiki Göygöl şəhərinə vaxtilə burada yaşamış almanların törəmələrinin səfəri böyük maraq doğurub.

Axar.az xəbər verir ki, alman qonaqlar Göygöl şəhərinin tarixi, mədəniyyəti, sosial-iqtisadi vəziyyəti, turizm imkanları, eləcə də burda qorunan tarixi alman izləri barədə ətraflı bilgi əldə ediblər. Qonaqlar Göygölün küçələrini gəzərək alman izlərinin necə qorunduğunun canlı şahidi olmaq imkanı əldə ediblər. İki əsr bundan əvvəl Çar Rusiyasının razılığı ilə könüllü olaraq Almanilanın Vürtenberq vilayətindən yüzlərlə alman ailəsi imperiyanın bir sıra ərazilərində, o cümlədən Cənubi Qafqazda yerləşdirilib. O cümlədən Gəncə yaxınlığındakı Xanlıqlar adlanan kəndə də ilk mərhələdə 118 alman ailəsi məskunlaşdırılır. Beləliklə 1819-cu ildə Xanlıqlar kəndi Helenendorf adlı alman koloniyasına çevrilmiş olur. Tezliklə Helenendorf daha da genişlənrir, əhali sayı artır, küçələr salınır, evlərin və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikilir. Helenendorf almanları Rusiyanın iqtisadi həyatına da öz töhfələrini veriblər. O cümlədən, şərabçılıqla məşğul olan Hummel və Forer qardaşlarının adları Avropa sənaye bazarında çox məşhur olub.

Almanlar məskunlaşdıqları və qaynayıb-qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs, bu günədək qorunub saxlanılıb. Almaniyalı qonaqlar Göygöl şəhərinə bu dəfəki səfərlərində özlərinin Pasxa bayramını dədə-babalarının doğma yurdlarında keçirmək arzularını da gerçələşdiriblər. Onlar 1854-cü ildə tikilmiş Alman Lüteran kilsəsində öz dini ayinlərini icra edib, bayramlaşıblar. Amma ən kövrək anlar Göygöldə iki alman qəbristanlığında yaşanıb. Əcdadlarının qəbirlərini ziyarətə gələn qonaqlar öz təəssürütlarını da məhz burada bölüşüblər. Almaniyalı qonaqlar həmçinin füsünkar təbiəti olan Göy gölə də gediblər.

Tarix
2019.04.25 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla