Yuxarı

Həbsdəki azərbaycanlı oliqarx: “Məni öldürmək istəyirlər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdəki azərbaycanlı oliqarx: “Məni öldürmək istəyirlər”

"Mənim həyatım təhlükədədir və tibbi yardım ala bilmirəm".

Axar.az xəbər verir ki, bu sözlər bir müddət öncə həbs olunmuş azərbaycanlı milyarder Akif Sayadovun İctimai Nəzarət Komissiyasının üzvü Mixail Plyusninuya ünvanlandığı məktubda yer alıb.

O, hər gün vəziyyətinin daha da pisləşdiyini bildirib. Sayadov həmçinin müstəntiqlərin onun əlindən dərmanlarını aldığını deyib:

"Bununla da məndən fiziki şəkildə canlarını qurtarmaq istəyirlər. Çox xahiş edirəm ki, məni bu özbaşınalıqdan xilas edəsiniz. Yoxsa bir azdan mənim həyatımı xilas etmək mümkün olmayacaq".

Oliqarx müstəntiqlərin niyə ondan canını qurtarmaq istədiklərinin səbəbini məktubunda açıqlamayıb.

Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb. O, həmçinin Azərbaycana səfərləri üçün qeyri-qanuni olaraq 1,2 milyon rubl, həmçinin müxtəlif şirkətlərlə "Uxtaneftqazgeologiya"nın bağladığı müqavilələri yerinə yetirməməsinə görə 42 milyon rublu mənimsəməkdə ittiham edilir.

Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya" ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə "Uxtaneftqazgeologiya" ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Tarix
2014.12.09 / 12:24
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla