Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 İyun 2019


XİN açıqladı: Ermənistan Mxitaryandan belə istifadə edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə vurğulamaq istərdim ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən Arsensal futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib.

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və "Arsenal"ın oyunçusu H.Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Şəxsən XİN-in mətbuat katibi kimi mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər.

Ermənistan XİN-in "Arsenal" futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur.

Əfsuslar olsun ki, bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan Arsenalın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir.

UEFA-nın Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən əcnəbilərin (istər futbol oyunçuları, istərsə də pərəstişkarlar olsun) Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in əsassız iddialarının ən gözəl cavabı olacaq”, - deyə L.Abdullayeva bildirib.

Tarix
2019.05.21 / 23:07
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - Foto

Ermənistan Rusiyanı AŞPA-da belə “atdı”

Ermənistanın daha bir hərbçisi öldü

Əbülfəz Elçibəyin müşaviri dünyasını dəyişdi

Milli ordumuz necə yaranıb? - Generalın tarixi raportu

ABŞ və İranla bağlı önəmli nüans: az adam bilir - Pankratenko

Kreml Tiflis haqda səhv qərar verdi – Şərh

Qüds müzakirəsi: Kimsə geri çəkilməsə... - Karasik

ABŞ İranın milyardlarına əl qoydu: Tehran çökdürülür

Prezidentin “Döyüşə” əmri: Zakir Həsənovun qəti addımı

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla