Yuxarı

ABŞ-ın yeni Bakı səfiri kimdir? – Bioqrafiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycana təyin olunan yeni səfiri Robert Frensis Sekuta karyerası ərzində ilk dəfə səfir kimi Azərbaycanda fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, Robert Sekuta 1976-cı ildə Nyu Yorkda Corctaun Universitetini bitirdikdən sonra 1978-ci ildə beynəlxalq ticarət sahəsində təhsilini davam etdirib. 1978-ci ildən ABŞ-ın xarici iqtisadi sektorlarında xidmətə başlayan R.Sekuta Vyana, Bağdad, Keyptaun və Kosovada, eyni zamanada, ABŞ-ın Yaxın Şərq və Şərqi Asiya bürosunda çalışıb. 1996-1999-cu illərdə ABŞ-ın Albaniyadakı səfirinin müavini olub.

Sekuta karyerası ərzində əsasən iqtisadi sahədə daha çox uğura imza atıb. 1999-cu ildə o, ABŞ Ticarət Nümayəndəliyinin baş məsləhətçisi, 2000-ci ildən Dövlət Departamentinin İqtisadi siyasət təhlili institunun direktoru və İctimai diplomatiya departamentinin rəhbəri olub.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çalışan R.Sekuta karyerasını 2002-ci ildən İqtisadi və biznes işləri bürosunda İraq iqtisadi qrupunun direktoru, 2003-cü ildən ABŞ-ın Almaniyadakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri kimi davam etdirib. 2007-ci ildən səfir müşavirliyini Tokio səfirliyində icra edib.

2010-cu ildə Dövlət Departamentinin Ərzaq təhlükəsizliyi müşaviri seçilən Sekutanın ən böyük üstünlüyü münaqişə bölgələrində "qızıl və brilyantla zərgərlik qaydalarını" ustalıqla tətbiq etməsidir. Təsadüfi deyil ki, 2011-ci ildə Enerji resursları bürosunda dövlət katibinin müavininin köməkçisi olduğu vaxtlarda R.Sekuta ABŞ-Kanada arasında çəkilən neft boru xəttinin əsas qurucularından biri hesab olunur.

ABŞ mətbuatı onun bu üstünlüyünün Azərbaycanda neft-qaz sahəsində yaxşı nəticə verəcəyini yazır.

R.Sekuta evlidir, üç övladı var. O, alman, ərəb və alban dillərini səlis bilir.

Tarix
2014.12.18 / 09:10
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla