Yuxarı

Generalın Mirəşrəfi ilə görüşü: Sərhəddə keçid...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Generalın Mirəşrəfi ilə görüşü: Sərhəddə keçid...

Azərbaycan və İran arasında nəqliyyat vasitələrinin keçidinin daha da sürətləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, iyunun 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş Bakıda, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.

Gömrük Komitəsinin sədri Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib, iki qonşu ölkənin dövlət başçılarının rəhbərliyi ilə qarşılıqlı əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran S.Mehdiyev istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən komitə sədri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

İranın İqtisadi Məsələlər və Maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının prezidenti M.Mirəşrəfi ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün istiqamətlərdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib.

Qonaq birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib, Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərə toxunaraq, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər iki ölkənin dövlət sərhədindən şəxslərin, nəqliyyat vasitələrinin keçidinin daha da sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tarix
2019.06.12 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Liderlər İlham Əliyevi təbrik edir

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

Əliyevin imtinasına Kremldən reaksiya

Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü

İbrahim və Mkrtçyan ABŞ-da görüşdü

Ərdoğanın müavini Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla