Yuxarı

Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?

Adi günlərdə 3-4 manata gedilən yol 20 manata qalxır.

Axar.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. Verilişdə son günlər taksi qiymətlərində müşahidə olunan artım, sürücülərin aşağı məbləğli sifarişlərdə sərnişini gözlətməsi və daha sonra sifarişdən imtina etməsi məsələləri müzakirə olunub.

Aparıcı Mehman Rəsulov isə bu günlərdə taksi sifariş edərkən hər zaman 4 manata getdiyi yol üçün ondan dəfələrlə çox məbləğ tələb olunduğunu bildirib:

“Pik saatda tələsirdim. Düşündüm ki, taksi ilə tez çataram. Tətbiqə girdim, qiymətə inanmadım. Necə 4 manatlıq yol 25 manat ola bilər? Yol da tıxacdır. Taksilərin sayını azaltdılar. Düşünmədilər ki, biz metroda təmirə başlayacağıq, 11 ay metroda təmir gedəcək? Cəmi iki nəqliyyat vasitəsi var: avtobus və metro. Digər böyük şəhərlərdə tramvay xətti və başqa nəqliyyat vasitələri olur. Taksi sayı azaldı, metro xətti də bağlandı. İnsanlar qanad açıb uçmalıdır? Başqa yolumuz yoxdur”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə də taksi xidmətləri ilə bağlı şikayətlərin artdığı görünür. Sərnişinlər bəzi sürücülərin sifarişi qəbul etdikdən sonra dəqiqələrlə gözlətdiyini, daha sonra isə “gəlmirəm” deyərək sifarişdən imtina etdiyini yazırlar.

Bəzi hallarda isə sürücülərin zəng edərək tətbiqdə 3-4 manat göstərilən yola 20-25 manat qarşılığında getməyi təklif etdiyi iddia olunur.

Tarix
2026.09.18 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla