Yuxarı

Bakıda dəhşətli terakt: “Vakuum bombası partladılmışdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"30 il əvvəl bu terror aktını Sovetlərə, yoxsa Azərbaycana qarşımı etmişdilər?"

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı İlham Şaban öz Feysbuk səhifəsində çıxış edib.

O, 30 il əvvəl olan bu terror aktının sonradan qaz sızması deyilərək qapadıldığını bildirib:

"21 dekabr 1984-cü il günorta vaxtı Şərifzadə küçəsində, indiki "Centlemen" mağazasının yerində o zaman yerləşən boyük ərzaq mağazası partladıldı. Çoxlu sayda insan həlak olmuşdu. O zaman Sovet İttifaqında belə şeylər haqda məlumat vermək qəti qadağan idi. Ancaq bizim hərbidə olan qohumlarımızın bildirdiklərinə görə, vakkum tipli bombadan istifadə edilmişdi. Bu bombanın xüsusiyyəti ondan ibarətdir ki, partlayış zamanı zərbə dalğası yayılmır, əksinə, bombanın episentrinə - mərkəzinə doğru çəkilir. Bu baxımdan 3-cü mərtəbədən həmin binanın zirzəmisinə qədər mənzillər uçmuşdu, o binaya paralel binanın evlərinin bütün şüşələri isə küçəyə tökülmüşdü. Mən institutdan evə gəldim, gözlərimə inanmadım: yataq otağındakı kiçik pəncərəni (açılan) elə bil kimsə qoparıb yatağın üstünə atmışdı. Təbii, bunu qazla əlaqələndirib məsələni beləcə bağladılar. Ancaq 30 il əvvəl bu terror aktını Sovetlərə, yoxsa Azərbaycana qarşımı etmişdilər? Biz yeni tariximizlə məşğul olmuruq".

Tarix
2014.12.21 / 21:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla