Yuxarı

Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.

Axar.az xəbər verir ki, son üç ildə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, bu il də kənd sakinlərinin müraciəti əsasında Məzəm kəndində müdafiə hasarlarının çəkilməsinə başlanıb. Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb.

Qeyd edək ki, 65 evdən ibarət bu kənd münaqişə başlayandan 8 şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi doğma yurdunun müdafiəsi uğrunda canından keçib. Onlardan biri - Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub.

Tarix
2019.07.08 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla