Yuxarı

XİN-dən erməni nazirə - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən erməni nazirə - Cavab

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir.

Bunu Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.

"İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüququ digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz.

Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki - azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər", - XİN rəsmisi əlavə edib.

Tarix
2019.07.11 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla