Yuxarı

Erməni evini dağıdan "metafizik" gülləmiz – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni evini dağıdan "metafizik" gülləmiz – Video

Ermənistan mətbuatı öz vətəndaşlarını guya 17 iyul axşamı Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindən Vayocdzor əyalətinin Yelpin kəndini atəşə tutduğuna inandırmağa çalışır.

Axar.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi şəkildə faktı təkzib etməsinə baxmayaraq, erməni təbliğatı əksini iddia etməyə davam edir. Hətta Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan sonradan "öyrənib" ki, güllələrdən biri Yelpin kəndinin sakinlərindən birinin evinin damına tuş gəlib. Həmçinin o, iddia edir ki, kənd istiqamətində atəş aşağı intensivlikdə olub və iriçaplı silahdan edilməyib.

Ermənistanın "Analitik.am" nəşrinin "hadisə yeri"ndən etdiyi fotoreportajdakı şəkillərin iddialarla uyğunsuzluğu isə dərhal nəzərə çarpıb.

Birincisi, şəkillərdən aydın olur ki, o həcmdə dəlik ən azı iriçaplı silah tərəfindən açılmalı idi. Saytın fotoreportajında dəliyin ölçüləri göstərilməyib, amma fotoya istinadla dəliyi avtomat gülləsinin açmadığı bəllidir. Bu cür dəliyi evin damında yalnız iriçaplı atıcı silah yarada bilər. Ancaq Ovannisyanın sözlərinə inansaq, həmin gecə pulemyotlardan atəş açılmayıb.

Digər nüans: evin damına dəyən güllə azalan təcillə hərəkət etməlidir. Yəni məsafə qət edildikcə onun sürəti azalmalıdır. Güllənin şiferlə aşağı sürətlə toqquşduğunu nəzərə alsaq, o zaman dəliyin kənarlarında çoxsaylı çatlar yaranmalı, ya da şiferi onu saxlayan tirlərdən ayırmalı idi. Lakin görüntülərdə biz bunu da müşahidə etmirik. Dəlik sanki ehmalla, çox səliqəli şəkildə açılıb və ya həmin yerə sonradan aşağıdan yuxarı, yaxın məsafədən atəş açılması nəticəsində yaranıb. Başqa cür düşünmək bütün fizika qanunlarına tüpürmək deməkdir.

Üçüncü məqam: Güllə hətta insan bədəni ilə də toqquşanda deformasiyaya uğrayır. Şiferlə toqquşan zaman isə o ya parçalanmalı, ya da damcıvari forma almalı idi. Çünki metalın məhz bu forması yüksək bərkliyə malik maneələrdən keçməyə imkan verir. Hətta güllə şiferi ideal şəkildə dələ bilsəydi belə (yəqin ki, bu zaman güllə şiferə "ay əm sorri" və ya "üzr istəyirəm" deyib), sonradan onun trayektoriyası yerlə və ya evin divarı ilə toqquşma ilə sonlanmalı idi. Belə olan halda isə onu qaçılmaz deformasiya gözləyirdi. Lakin fotoda göstərilən güllə bir neçə ildir anbarda saxlanılan güllə təəssüratı yaradır.

Əks halda Azərbaycan Ordusu ilə daha çox fəxr etmək lazımdır. Çünki Ordumuzun güllələri ümumilikdə ballistika və fizika qanunlarına tabe olmur.

Ona görə də erməni təbliğatının öz vətəndaşlarını "ən axırıncı axmaq" yerinə qoyduğunu anlayışla qarşılamaq gərəkdir.

Tarix
2019.07.19 / 23:54
Müəllif
Zaur, Orxan
Digər xəbərlər

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla