Yuxarı

Rusiyadakı fəlakət Yer üçün böyük təhlükədir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:30

Rusiyada 3 milyon hektar meşə sahəsində davam edən yanğın Yer kürəsinin ekologiyasına çox ciddi zərbədir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Rauf Sultanov deyib. O, sözügedən yanğının yaratdığı əsas problemlərdən danışıb:

“Rusiya ərazisinin 55-60 faizi meşə ilə örtülüb. Rusiyanın ərazisini nəzərə alsanız, bunun çox böyük rəqəm olduğunun fərqinə varmaq olar. Bu isə o deməkdir ki, dünyada oksigenin əmələ gəlməsində Rusiya ərazisindəki meşələrin böyük rolu var.

Yaşıl kütlə olmasa, otla qidalanan canlılar məhv ola bilər. Otla qidalanan canlıların məhv olması ətlə qidalanan canlıların da məhvi deməkdir. Buna görə də dünyada əsas ekoloji məsələlərdən biri meşələrin qorunmasıdır.

Rusiyadakı meşələrin 10 fazinin məhv olması şübhəsiz ki, dünyanın ekosisteminə böyük təsir göstərir. Bu səbəbdən Rusiya BMT və onun nəzdində olan müəyyən təşkilatlarla birgə meşələrin qorunmasını təmin etməlidir”.

Ekoloq qeyd edib ki, dünyada əmələ gələn oksigenin 40 faizini quru ərazidə olan meşələr, ot bitkiləri istehsal edirsə, 60 faizini dənizin dibində olan bitkilər istehsal edir:

“Çirkli suların dənizlərə axıdılması dənizin dibindəki bitkilərin məhv olması ilə nəticələnir və insanlar bunu bərpa etmək imkanına malik deyil. Ona görə də quru ərazidəki meşələrin qorunması olduqca vacibdir”.

R.Sultanovun sözlərinə görə, Rusiyada baş verən bu yanğın normalda havaya buraxılan karbon qazının təxminən 20 faiz artması deməkdir:

“Atmosferə karbon qazının həddindən artıq buraxılması Günəşin Yerə göndərdiyi enerjinin qarşısını alır. Bu enerji Yerdən təkrar atmosferə qayıdanda parnik effekti yaradır, bu da çirklənməyə gətirib çıxarır. Rusiyadakı meşə yanğınlarının atmosferə təsiri nəticəsində atmosferdə havanın istiləşməsi buzlaqların əriməsinə də təsir göstərir.

Digər bir məsələ də odur ki, meşələrin yanması səhralaşmaya təsir göstərən əsas amillərdən biridir. Belə ki, ağaclar yerdə olan suyun buxarlanmasının qarşısını alır və planetimizi səhralaşmadan qoruyur”.

Qeyd edək ki, Rusiyada baş verən meşə yanğınlarının sahəsi 3 milyon hektarı keçib. Yanğının səbəb olduğu tüstü yalnız Rusiyanın yarısını deyil, həmçinin qonşu ölkələri də bürüyüb. Yanğının cəngindəki ərazinin Rusiyanın onda birini təşkil etdiyi, yanğının Moskvaya yaxınlaşdığı qeyd edilir.

Tarix
2019.08.02 / 22:12
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Soydaşımızı Ermənistanda döydülər - Video

Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!

3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…

Rusiyadan idxal etməmişik. Nöqtə! - Hacıyev

Putinin xəbərdarlığına Trampın sözçüsü cavab verdi

Bayramov özbəkistanlı həmkarını təbrik etdi

Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…

Valentina Matviyenko Azərbaycana gələcək

Berbok Bakıda: Təfərrüat barədə heç nə deyə bilməyəcəm!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla